Seyidlər piri və ya Seyid Həsən piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Göynük kəndinin şimalında yerləşən ziyarətgah.
Seyidlər piri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Culfa rayonunun Göynük kəndi |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Naxçıvan Muxtar Respublikası ərazisində yerli xarakter daşıyan ziyarətgahlardan biri də Göynük piridir. Bu pir Babək rayonunun Göynük kəndində( kənd Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli qərarı ilə Culfa raqyonundan alınaraq inzibati cəhətdən babək rayonuna verilmişdir) yerləşir[1] Xalq arasında Seyid Həsən piri adlanır. Aparılmış araşdırmalara əsasən Seyid Həsən pirininin yaranma tarixi XIV-XVIII əsrlərə aid etmək olar.
Pir dağın yamacında bir-birinin yaxınlığında yerləşən üç ayrı binadan ibarətdir. Binaların girişi cənub tərəfdəndir. Onların içərisində müsəlman adəti ilə düzəldilmiş qəbirlər vardır. Pirlərin divarları islam dininin müqəddəsləri, dini yazılar, müxtəlif süjetli rəsmlərlə bəzədil mişdir. Ətraf kəndlərin əhalisi pirə qurban deyir, niyyətlərinin qəbul olunması üçün pirləri ziyarət edir, niyyət edərək pirə müxtəlif rəngli parçalar, yaylıqlar bağlayırlar. Pir binalarından şimal-qərb tərəfdə qaya daşlarının üst-üstə yığılması ilə dördkünc formada düzəldilmiş ziyarətgah da vardır. Xalq arasında söyləndiyinə görə Seyid Həsən pirinin ilanı vardır. Əgər pirə natəmiz adam girmək istəsə ilan onun qarşısını kəsir. Araşdırmalar pirlərin müqəddəs şəxslərin qəbirləri üzərində tikilən binalardan ibarət olduğunu göstərir. Aparılmış tədqiqatlar pir binalarının dəfələrlə bərpa olunduğunu göstərir. Pirin yaxınlığındakı orta əsr qəbiristanlığının qalıqları indi də mövcuddur.[2]