Seymur Həbib oğlu Fətəliyev (19 iyul 1973) — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, filologiya üzrə fəlsəfə doktoru.
Seymur Fətəliyev | |
---|---|
Doğum tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili |
Azərbaycan Dillər Universiteti Bakı Dövlət Universiteti |
Fəaliyyəti | xüsusi tapşırıqlar üzrə səfir, UNESCO üzrə Milli Komissiyanın Baş katibi |
Elmi dərəcəsi | |
Mükafatları |
19 iyul 1973-cü ildə anadan olmuşdur. 1990–1995-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır.[1]
1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb. 1999–2005-ci illərdə Azərbaycan Respublikasının Fransadakı Səfirliyində, daha sonra 2006–2009-cu illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində çalışıb.[1]
2009–2012-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəis müavini vəzifəsinə təyib edilib.[1]
2012–2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini olaraq fəaliyyətini davam etdirmişdir.[2]
2018–2021 ci illərdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi vəzifəsində çalışıb.[1]
2021-ci il avqust ayında xüsusi tapşırıqlar üzrə səfir — UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi[3] vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli, 580 saylı Sərəncamı ilə S. Fətəliyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.[4]
Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 1275 saylı digər bir sərəncamı ilə S. Fətəliyevə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.[5]
2015-ci ildən filologiya üzrə fəlsəfə doktorudur.[1]