Sferokarp (lat. Sphaerocarpales) — Marşansiya (Marchantiidae) yarımsinfinə aid sıra.
Sferokarp | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Sferokarp |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Sferokarp sırasının nümayəndələri anatomik və morfoloji cəhətdən sadə quruluşlu talloma malik olduğundan bir çox müəlliflər onların marşansiya və yungermanilər üçün mənşə olmasını güman edirlər. Onların bədənləri əsasən birqat hüceyrədən ibarətdir. Rizoidləri sadədir, hava kameraları və ağızcıqlardan məhrumdurlar. Sferokarplar ikievli bitkilərdir. Cinsi oraqnları anteridi və arxeqonilər tallomun üst sahəsində yuvacıqlarda yerləşir. Sporoqoniləri tallomun toxumasına soxulmuş, yumrulanmış ayaqcıqdan ibarətdir. Sporoqonidə tetrasporlar əmələ gəlir. Sporların ikisindən anteridi daşıyan erkək tallom, ikisindən isə arxeqoni daşıyan dişi tallom əmələ gəlir.
Bəzi müəlliflər isə sferokarpların rütubətli və su şəraitində yaşadığını nəzərə alaraq onlarda ikinci sadələşmə getdiyni iddia edirlər.[2]