Siçanın göstəricisi (ing. mouse pointer , rus. указатель мыши) — siçan hərəkət etdikcə öz mövqeyini dəyişən ekran interfeysi elementi (nişanı). IBM-uyumlu kompüterlərdə proqramdan, videoadapterin iş rejimindən və özünün ekranda mövqeyindən asılı olaraq siçan göstəricisi müxtəlif şəkil ala bilər. Məsələn, videoadapterin mətn rejimində siçan göstəricisi şaquli düzbucaqlı kimi (onu, adətən, "kursor" adlandırırlar) görsənir, qrafik rejimində siçan göstəricisi bir neçə şəkil ala bilər: çox zaman yuxarıya və sola yönəlmiş ox şəklində olur; bu rejimdə göstəricinin ekranda yerini dəqiq müəyyən edən qaynar nöqtəsi (HOT SPOT) olur; göstəricinin adi formasında (ox şəklində) qaynar nöqtə oxun ucudur.