Sianid turşusu (HCN) — hidrogen sianidin suda məhlulu olub, rəngsiz, uçucu, acı badam iyi verən maye halında zəhərləyici turşu.
Sianid turşusu | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | CHN[1] |
Molyar kütlə | 0 kq[1] |
Fiziki xassələri | |
Sıxlıq | 0,000671 q/sm³[2] |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 7 ± 1 ℉[3], −13,4 °C[4] |
Qaynama nöqtəsi | 78 ± 1 ℉[3], 26 °C[4] |
Buxarın təzyiqi | 630 ± 1 mm Hg[3] |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 9,21 |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,2675 |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 74-90-8 |
PubChem | 768 |
RTECS | MW6825000 |
ChEBI | 18407 |
BMT nömrəsi | 1051 |
ChemSpider | 748, 19951400 |
Hidrogen sianid, bəzən pruss turşusu adlanır, HCN formuluna və H−C≡N struktur formuluna malik kimyəvi birləşmədir. Otaq temperaturundan bir qədər yuxarı, 25,6 °C-də qaynayan rəngsiz, son dərəcə zəhərli və tez alışan mayedir. Qaynama temperaturu 25,60 °C, donma temperaturu mənfi 13,30C, sıxlığı 0,692 q/sm3-dir. Su, efir və spirtdə istənilən nisbətdə qarışır, bir çox üzvi həlledicilərdə həll olur. Turşunu durulaşmış formada saxlamaq lazımdır. 1 damcı qeyri-üzvi turşunu 100 ml məhlula əlavə etdikdə suda məhlulu daha davamlı olur. Sianid turşusu(HCN) çox zəif turşu olub, onun dissosiasiyası sabiti 6,2*10–10-dur.
Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur (sığınacağa daxil olarkən nəzərə alınmalıdır) və ümumzəhərləyici təsir göstərir.
Bu məqalə qaralama halındadır. |