Sianobiontlar

Sianobiontlar aləmiCyanobionta — bu qrupa aid olan orqanizmlər əvvəllər "göy-yaşıl yosunlar" adlanırdı. Ancaq canlı orqanizmlərin ümumi iyerarxiyasında sianobiontlar (hüceyrənin nüvəsi yoxdur, buna görə də onlar prokariotlara — nüvəsizlərə daxil edilir) yosunlara nisbətən aşağı və mikroblara nisbətən (daha mürəkkəb struktur və fotosintez zamanı molekulyar oksigeni ayırma qabiliyyəti və rəngi şərtləndirən piqmentlərin olması) yüksək pillədə durur. Bu orqanizmlərin xüsusiləşmiş nüvəsi olmayan nisbətən sabit hüceyrə forması olur. Sianobiontlar aləmi arasında həm tək, həm də kolonial formalar rast gəlirlər. Sonuncular adətən ümumi selikli qişa ilə örtülmüş olur. Selikdə, habelə orqanizmin özündə və ya onun səthində karbonatların toplanması baş verə bilər ki, bu da qalın əhəndaşı qatlarının (stromatolitlər və b.) əmələ gəlməsinə səbəb olur. Bir neçə piqmentin (xlorofil, fikosian, fikoeritrin və karotin) olması göy-yaşıl və ya çəhrayı, sarı və ya tamamilə qara rəngi müəyyən edir. Sianobiontlar aləmi Yer tarixində sərbəst oksigen ayıran ilk orqanizmlərdir. Hazırda sianobiontlar aləmi şirinsulu və dəniz hövzələrində məskunlaşır, duzluluğun kəskin dəyişməsinə dözə bilirlər; çoxları quruda (torpağın içində və səthində, daşların üzərində, takırlarda, səhralarda və b.) yaşamağa uyğunlaşmışdır. Dənizlərdə, fotosintezlə əlaqədar olaraq, sianobiontlar aləmi əsasən dayazsulu sahələrdə yayılmışdır. Fossil formalar arasında ən çox stromatolitlər və onkolitlər yayılmışdır. Müxtəlif formalı kalsium-karbonat laylı əmələgəlmələrlə təmsil olunmuşdur. Stromatolit əhəngdaşları, çox güman ki, bakteriyalarla sianobiontlar aləmi birgə həyat fəaliyyətinin məhsullarıdır. Qədim stromatolitlər, yaşı 2 milyard il olan süxurlarda rast gəlinir. Onlar proterozoyda geniş yayılmış və bəzən hündürlüyü və uzunluğu bir neçə m-ə çatan cismlər əmələ gətirmişdir. Onkolitlər jelvakşəkilli və ya qeyri düzgün dairəvi formaları ilə stromatolitlərdən seçilirlər; ölçüləri mm-dən bir neçə sm-ə çatır. Onlar da, stromatolitlər kimi, sianobiontlar aləmi və bakteriyaların (bəlkə də digər orqanizmlərin iştirakı ilə) birgə həyat fəaliyyətinin məhsullarıdır. Sianobiontlar aləmi arxeozoydan (3,7–3,5 mlrd. il) indiyə qədər mövcuddur.

Sianobiontlar
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.