Sianuk cığırı — Kambocada Vyetnam müharibəsi (1960–1975) zamanı Vyetnam Xalq Ordusu və onun Vyetkonq partizanları tərəfindən istifadə edilən logistik təchizat sistemi. 1966-cı və 1970-ci illər arasında istifadə olunan bu sistem Laos krallığının cənub-şərq hissəsindən keçən və daha çox tanınan Ho Şi Min cığırı ilə eyni şəkildə işləyir, eyni məqsədlərə xidmət edirdi. Bu ad ABŞ tərəfindən verilmişdir və Şimali Vyetnama görə, bu iki sistem ayrı deyildilər. ABŞ-nin bu sistemə mane olmaq cəhdləri 1969-cu ildə başlamışdır.[1]
Sianuk cığırı | |
---|---|
Yer haqqında informasiya | |
Sahib | Vyetnam Xalq Ordusu |
Tikinti yerinin tarixi | |
Tikilib | 1965–1966 |
İstifadə illəri | 1966–1975 |
Döyüşlər/müharibələr | Vyetnam müharibəsi |
Qarnizon informasiyası | |
Qarnizon | 3,000–10,000 |