Siatim-201- antioksidləşdirici aşqardan ibarət antifriksion plastik sürtküdür.
Siatim-201 litium stearat ilə qatılaşdırılmış, özlülüyü aşağı olan mineral yağdır. Tərkibində difenilamin(aşqar) vardır.
Siatim-201 yekcins mazdır (topalarsız). Rəngləri- parlaq açıq şabalıdı rəngdən tünd sarı rəngədək olur. Standart (ГОСТ 6267–74) Aşağı temperatur xassələrinə, mexaniki stabil və aşağı kolloid stabilliyə malikdir. Şaxtaya və suya davamlıdır.-60oC-dən +90oC-dək temperatur intervalında işlədilə bilər. Su ilə uzunmüddət birbaşa təmas şəraitində və nisbi rütubət 80% -dən çox olduqda, ağır yüklənmiş sürüşmə qovşaqlarında, məmulatların qısa və uzun müddətli konversiyası üçün istifadə edilməsi məsləhət görülmür. Damcı düşmə temperaturu(DDT)1750C –dir. Sürtkünün təminatlı saxlanma müddəti hazırlandığı gündən başlayaraq 1 il hesab edilir. İşləndikcə özlülüyü azalır və sürtkü kimi stabilliyini itirir. Uzun müddət saxlandıqda maye yağ ayrılır ki, bu da istismar xassələrinin aşağı düşməsinə səbəb olur. Qüsurlardan biri də sürtkünün hidroskopik olmasıdır. Ona görə də atmosfer qatı ilə bir başa təmasda olan detal və mexanizmlərdə işlənə bilmir.
[]Mülki aviasiyada]] fırlanma qovşaqlarını , yüngül və orta yüklənmiş sürtünmə, sürüşmə qovşaqlarını, şarnirləri, kiçik reduktorları yağlamaq üçün məsləhət görülür. Əsasən təyyarələrin idarə etmə sistemləri şarnirlərinin və müərriklərin, rul asılması qovşaqlarının, qanad arxacıqlarının, şturval kolonkalarının zəncirvari ötürücülərinin, transmissıyaların, dəqiq mexanizm və cihazların, yağlanması üçün istifadə olunur. Bir çox qüsurları olmasına baxmayaraq az yükə məruz qalan mexanizmlərdə, radiotexniki, elektromexaniki avadanlıqlarda, aviasiya cihazlarında tətbiq olunur.