Sibel Siber (türk. Sibel Siber; 13 dekabr 1960, Nikosiya, Nikosiya rayonu[d]) — Şimali Kipr Türk respublikasından olan bir siyasətçi. 2013-cü ilin iyun ayından sentyabr ayına qədər ŞKTR Baş naziri vəzifəsini icra edən icra edən ilk qadın olur[1]. 2013-2018-ci illərdə də ŞKTR məclisinin sədri olmuşdur[2]. Siber Fatma Ekenoğlundan sonra bu vəzifəni tutan ikinci qadın olur.
Sibel Siber | |
---|---|
Doğum tarixi | 13 dekabr 1960 (63 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, həkim |
Vikianbarda əlaqəli mediafayllar |
13 dekabr 1960-cı ildə Lefkoşada anadan olmuşdur[3]. Atası Altay Adademir, Meluseya kəndindən olan bir ibtidai sinif müəllimi, anası Aysel Klaudiyadan bir ev xanımı idi. Atası vaxtaşırı müxtəlif məktəblərə təyin olunduğundan ailə daim köçürdü[4].
16 yaşında Sibel İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olur, bu dövrdə tələbələrlə əlaqəli siyasi hadisələrin zirvəsi yaşanır. 1983-cü ildə universiteti həkim ixtisası ilə bitirmişdir[5][6]. 1987-ci ildə Şişli Etfal Xəstəxanasında praktik olaraq daxili xəstəliklər sahəsində ixtisaslaşmış bir həkim ixtisasını tamamlayır. Məzun olduqdan sonra Kiprə qayıdır və xüsusi bir klinikada çalışır. 1989-cu ildə Virciniya Universitetində diabet və endokrinoloji üzrə təhsil alır. 1983-cü ildə qəzetdə o dövrdə ən çox tirajla çıxan bir məqalə ilə ŞKTR-nIn səhiyyə sistemini tənqid edir. Özünün yazdığı “Düşlerim Düşüncelerim” (2011) və “Aynı Masada Yarım Asır - Tutanaklar ve Tanıklık” (2019) adlı iki kitabı var.
Teknokrat olaraq ilk ŞKTR-nın qadın baş naziridir. Onun haqqında “80 Gündə İlk Qadın Baş nazir Dr. Sibel Siber” adlı kitab 10 dekabr 2020-ci il tarixdə nəşr olunmuşdur.
2015-ci ildə ŞKTR Pprezidentliyinə namizəd olur, ancaq Dərviş Əroğlu və Mustafa Akıncıdan sonra toplanan səs sayına görə 3-cü yeri tutaraq məğlub olur. 19 aprel 2009 erkən ümumi seçimlərində Cümhuriyyət Türk Partiyasından Lefkoşa millət vəkili seçilir. O vaxtdan bəri millət vəkilidir. Hökuməti qurmağı Prezident Derviş Eroğlu ona tapşırır. 2013-cü ilin iyun-avqust ayları arasında baş nazir vəzifəsini icra edir və 13 iyun 2013-cü ildə Prezident Eroğlu kabinet siyahısını qəbul edir və vəzifəsinə başlayır. 28 iyul 2013-cü il tarixində keçirilən seçkilərdən sonra istefasını təqdim edir.
1984-cü ildə uroloq Rıfat Siber ilə evlənir. Onların Şumer (1985) adlı bir qızı dünyaya gəlir.