Sibir ağ şamı (lat. Abies sibirica) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü.
Sibir ağ şamı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Sibir ağ şamı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Rusiyanın Avropa hissəsinin şimal-şərqində və Sibirdə çay kənarlarında və dağların ətəyində təbii halda bitir. Qoruqlarda mühafizə edilir. Hal-hazırda qədər respublikada yaşıllaşdırmada az rast gəlinən növdür. Hündürlüyü 30 sm-ə qədərdir, ensiz, konusvarı çətirli, nazikdir, torpağa qədər budaqları sallanan ağacdır. Gövdəsi tünd boz, hamar, qabıqla örtülmüşdür. Cavan zoğları az, qalın və tükcüklüdür. İynəyarpaqları yumşaq, ensiz, kütdür, uzunluğu 2–3 sm, tünd-yaşıl, üstü parlaq, alt tərəfi ağ zolaqlıdır, ağacda 8–11 il qalır. Qozaları düz dayanandır, rəngi açıq-qonurdan açıq-alqırmızıya qədər dəyişir, yetişdikdə açıq-qonur rənf alır. Şaxtaya və kölgəyə davamlıdır. Qərbi Avropanın və Rusiyanın qərb vilayətlərinin yumşaq iqlimində becərilir, yazda tez böyüməyə başlayır. Gillicə torpaqlara üstünlük verir, tüstü və qaza çox davamlı deyil. Toxumla çoxalır. Dekorativliyinə görə bir çox növlərdən üstündür. Torpağın rütubətliyinə və zənginliyinə tələbkar olmasına baxmayaraq, yüksək dekorativ keyfiyyətlərinə görə yaşıllaşdırmada, tək və qrup əkinlərində, hovuzların və binaların ətrafında istifadəsi yararlıdır. 1820-ci ildən Avropada becərilir. Azərbaycanda bəzi rayonlarda park və bağlarda (Abşeronda, Qəbələdə, Şəkidə) mədəni şəraitdə becərilir.