Sibir küknarı (lat. Picea obovata) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.
Sibir küknarı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Sibir küknarı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbiətdə Şərqi Sibirdə və Altay dağlarında aşkar olunmuşdur. Hündürlüyü 25 m-ə qədər çatan ağacdır. Çətiri konusvarıdır. Gövdəsinin diametri 1 m-dən çoxdur. Cod iynəyarpaqlarının uzunluğu 1,7-2,2 sm, bitişik və ya şaxələnmiş, göyümtül çalarlıdır. Zoğların yuxarı işıqlı tərəfində iynəyarpaqların yarısı ağımtıl-sarı, günəşdə yanan kimidir. Budaqları üstdən işıqlı görünür. Qozaların uzunluğu 6,5-7,5 sm, diametri təxminən 3 sm, yaşımtıl-açıq qonur, tipik yaşıl iynəyarpaqlı növünə nisbətən daha nazik və yumşaq qabıqlıdır, adi küknara bənzəyir, 6-7 il yaşayır, kölgəyədavamlıdır. Çox dekorativdir, iynəyarpaqları gümüşü-ağdır. Cavan zoğları çılpaqdır. Tez böyüyür. İstidən və quraqlıqdan əziyyət çəkmir. Toxumla çoxaldıqda cücərtilərin 57 %-i bu əlaməti irsən keçirir. Dörd növmüxtəlifliyi məlumdur. Torpağa tələbkardır. Tüstüyə və qaza az davamlıdır. Qozaları ağ küknarın qozalarından xırda, möhkəm, parlaq, qırmızı-qonurdur. Toxumlarla çoxalır. Tək və ya kiçik qruplarla əkmək olar. Ağ gövdəli tozağacı ilə yaxşı uyğunlaşır. Abşeronda yeni salınan parklarda, bağlarda tək, qruplarla, xiyabanlarda rast gəlinir və mədəni şəraitdə becərilir.