Siciliyalı Mariya Kristina (isp. María Cristina Amelia Teresa de Borbón-Dos Sicilias; it. Maria Cristina Amalia Teresa di Borbone-Napoli) (17 yanvar 1779[1], Kazerta, Kampaniya – 11 mart 1849[1], Savona, Liquriya) — Sardiniya kralı Çarlz Feliksin xanımı. Atası Neapol və Siciliya kralı I Ferdinand, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin qızı Mariya Karolina idi.
Siciliyalı Mariya Kristina | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 yanvar 1779[1] |
Doğum yeri | |
Vəfat tarixi | 11 mart 1849[1] (70 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Atası | I Ferdinand (Siciliya kralı) |
Həyat yoldaşı |
|
Vikianbarda əlaqəli mediafayllar |
6 aprel 1807-ci ildə Çarlz Felikslə Palermoda evləndi. Ərinin 1821-ci ildə Sardiniya kralı olmasının ardından Mariya Kristina da kraliça elan edildi. Cütlüyün övladı olmadı və kralın 1831-ci ildə vəfatının ardından Mariya Kristina qalan ömrünü Turin, Neapol, digər İtaliya şəhərlərində keçirdi.