Sid Vilson

Sid Vilson (ing. Sid Wilson) — Amerikalı musiqiçi, Slipknot qrupunun üzvü. Bununla yanaşı, elektron musiqi ifa edən DJ Starscream-ın solo layihəsi ilə məşğul olur, həmçinin The Miami Vice Sound Crack hip-hop qrupunun da üzvlərindən biridir.[1]

Sid Vilson
Slipknot orkestrasında ifası, 2008
Slipknot orkestrasında ifası, 2008
Ümumi məlumatlar
Doğum adı Sidney Ciorc Vilson
Ləqəbləri "#0"  • Monkeyboy  • Ratboy
Doğum tarixi (47 yaş)
Doğum yeri  ABŞ, Ayova, De-moyn
Vətəndaşlığı Amerikan
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqiçi
Fəaliyyət illəri 1998-ci ildən
Janrlar Alternativ Metal  • Hip-hop  • Elektronik musiqi
Albom şirkəti Roadrunner Records
Üzvlüyü
sidthe3rd.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilson "Transformerlərdən" olan Starskrimin deseptikonunun böyük bir pərəstişkarıdır, buna görə DJ Starscream ləqəbini götürmüşdür.

Sidin ailəsi İngiltərədən Ayova köçmüşdür. Sid Ayova ştatında, ABŞ-da anadan olmuşdur. Anadangəlmə altı barmaqlı anadan olub. Orkestraya qoşulduqda, Şon Krahan bunu görür və onu cərrahiyyə yolu ilə kəsilməsini xahiş edir. Əllərində isə Transformerlər embleminin döyməsi var. Bədənində isə konsertlər səbəbindən qalıcı yaraları mövcuddur:[2]

  • Qıçında, səhnədə özünü aydınlatdıqda 3. dərəcəli yanıqlar.
  • Təhlükəsizlik dəmirlərindən tullandığı üçün iki qabırğası qırılmışdır.
  • Səhnədə Şon ilə döyüşməkdən yaranan kəsik və əziklər.
  • Bir konsertdə tamaşaçıların üzərinə tullanmış və 2-3 tamaşaçını əzmiş və 3-cü qabırğasını qırmışdır. Həmçinin hər üstü-açıq konsertlərində tamaşaçıların üzərinə tullanır.

Sid Vilson gimnastikaya meyilləndiyindən qrup üzvləri onu "Munky" adlandırırlar.[3]

Slipknot orkestrasında

[redaktə | mənbəni redaktə et]

Sid, 1997-ci ilin oktyabrında bir DJ olaraq Slipknot orkestrasına gəldi. Qrup üzvlərinin çoxu, onu qrupa götürmək istəmirdi və iddia edirdilər ki, orada 9 nəfər artıq təkrarlamaq deməkdir və DJ metal-qrup üçün çox da lazımlı bir şey deyil. Konsertlərdə tərəfdarların qarşısında yüksəlmək və tullanmaq, həmçinin tez-tez dekorasiyalardan istifadə etmək onu daha da məşhurlaşdırdı və qrupun ən önəmli üzvlərindən birinə çevrildi.[4]

Hər alboma özəl maska

[redaktə | mənbəni redaktə et]

Əvvəlcə Sid bir qaz maskası şəklində maska taxdı. Çıxışlar zamanı huşunu itirməmək üçün filtrləri çıxardı və qaz maskalarında şüşələri sildi. Sid üzünün maska fonunda çox fərqlənməməsi üçün üzünü qara rəngə boyadı. Ümumiyyətlə, Siddə qaz maskalarının 14-dən çox müxtəlif modelləri var.

Yeni bir albom yazarkən, Sid eyni zamanda bir qaz maskası və kəllə kimi bir lateks maska geydi. Onlar iki rəngdə idilər: ağ və qara. Ancaq bu maskanı taxdıqda da üzünü qara rəngə boyamaq lazımi gəldi.[5]

Vol. 3: The Subliminal Verses

[redaktə | mənbəni redaktə et]

Bu albomda Sid kəllə maskasını geyir, hansı ki, tamamilə onun başını örtür və artıq boyaya ehtiyac qalmır.

All Hope is Gone

[redaktə | mənbəni redaktə et]

Hərəkət edən qaşları, açıla bilən ağızlı və parlaq gözlərin olduğu Transformers maskası.

Bu albomun çəkilişi zamanı, Sid ilk albomu olan Slipknotda taxdığı maskadan istifadə etdi.[6]

  • 1999: Welcome to Our Neighborhood (az. Qonşuluğumuza xoş gəldiniz)
  • 2002: Disasterpieces (az. Fəlakətparçaları)
  • 2002: Rollerball (az. Roullerbol)
  • 2006: Voliminal: Inside the Nine (az. Voliminal: Doqquzun içərisində)
  • 2008: Nine: The Making of "All Hope Is Gone" (az. Doqquz: "Bütün Ümidlərimiz Getdi"-ni hazırlamaq)
  • 2009: Of the (sic): Your Nightmares, Our Dreams (az. Sənin qarabasmaların, bizim arzularımız)
  • 2010: (sic)nesses (az. Sicnesses)
  • 2011: Goat (az. Keçi)
  • 2016: Blood Bath (az. Qan vannası)
  • 2016: Officer Downe (az. Zabit Dauni)
  • 2017: Day of the Gusano: Live in Mexico (az. Qusanonun günü: Meksikada yaşam)
  • Vestax PMC 07 Pro ISP Quadrophonic 2 Channel DJ
  • Scratch Mixer
  • Vestax PDX-2000 turntable(2)
  • Korg KP2 Kaoss Pad Digital Effect/Controller
  • Digitech Whammy 4 pedal
  1. "DJ Starscream Biography". N20 Records. 2006-06-22. Bu mənbədən 2008-03-01 tarixində arxivlənmişdir. İstifadə tarixi: 2007-12-23.
  2. "New Compilation "The songs for Death Note the movie ~the Last name Tribute~" (20/12 OUT)". JPop News. Bu mənbədən 2008-03-01 tarixində arxivlənmişdir. İstifadə tarixi: 2007-12-23.
  3. "Nu Riot". Arxivləşdirilib 2012-02-06 at the Wayback Machine JBook. İstifadə tarixi: 2007-12-21.
  4. "Sid Wilson Talks Bassist's Death, Preps Solo Album". Arxivləşdirilib 2021-09-25 at the Wayback Machine Billboard. 2010-08-31. İstifadə tarixi: 2010-09-06.
  5. "VAMPS: Slipknot's Sid will support for American concerts" Arxivləşdirilib 2017-08-31 at the Wayback Machine. Barks.jp. İstifadə tarixi: 2014-04-08.
  6. "Bob Basset's Lair - Sid Wilson from Slipknot. Bob Basset Mask number 3" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine. Bobbasset.com. İstifadə tarixi: 2015-07-17