Bu səhifədə iş davam etməkdədir. |
Sidik axarları (lat. ureteres)-sidik-ifrazat sisteminə aid cüt orqandır. Silindrəbənzər boru şəklində olub, böyrək ləyənindən başlayır və sidikliyə açılır. Sidik axarının uzunluğu 25-30 sm, eni 7-9 mm (bəzi mənbələrdə 5-8 mm), ən dar yeri 3-4 mm-dir. Sağ sidik axarı sola nisbətən 2-3 sm qısa olur.
Sidik axarları gedişinə görə 3 hissədən ibarətdir: qarın hissə (lat. pars abdominalis), çanaq hissə (lat. pars pelvina), divardaxili hissə (lat. pars intramuralis).
Böyrəklərdən hüdudi xəttə (lat. linea terminalis) qədər olan hissədir. Burada sidik axarları böyük çanağa keçir.
Böyük çanaqdan sidikliyə qədər olan hissədir. Burada sidik axarları sidikliyə daxil olur.
Sidikliyin divarında yerləşən hissədir. Bu hissə mexaniki sfinkter rolunu oynayır,uzunluğu 1,5-2,0 sm-dir. Sidikliyi çəpinə dəldiyinə görə sidik sidiklikdən sidik axarlarına qayıda bilmir.
Böyrək əyriliyi (lat. flexura renalis)- böyrək qapısından 5-8 sm aşağıda yerləşir.
Kənarı əyrilik (lat. flexura marginalis)- Sidik axarının qarın hissəsinin çanaq hissəyə keçən yerində, hüdudi xətt səviyyəsində yerləşir.
Çanaq əyriliyi (lat. flexura pelvina(pelvica))- kiçik çanaq boşluğunda yerləşir
Sidik axarında əyriliklərə uyğun 3 daralma ayırd edilir:
Daralmalar olan yerdə sidik axarının diametri 3-4 mm-ə çatır.
Sidik axarları peritonarxası orqanlardandır.
Sidik axarlarının divarı selikli qişa (lat. tunica mucosa), selikaltı əsas(qat) (lat. tela submucosa), əzələ qişası (lat. tunica muscularis) və xarici adventisiyadan (lat. adventicia) təşkil olunmuşdur.
Selikli qişada zəif boylama büküşlər görünür. Bu qişanın keçid epiteli 6-8 hüceyrə qatından ibarət olur. Əsasən, kollagen və elastik liflərin olduğu birləşdirici toxumadan ibarət xüsusi səhfədə bəzən limfa düyüncükləri rast gəlinir.
Selikli qişanın əzələ səfhəsi olmadığından xüsusi səfhə selikaltı əsasa keçir. Sidik axarlarının aşağı hissələrində bu qatda kiçik borulu alveollu vəzilər aşkar olunur.
Əzələ qişası sidik axarlarının yuxarı 2/3 hissəsində 2 qatda- daxili boylama və xarici sirkulyar qatlarda yerləşmiş saya əzələ hüceyrəsi dəstələrindən ibarətdir. Aşağı 1/3 hissəsində əzələ qişası 3 qatdan təşkil olunub: xarici və daxili boylama, orta sirkulyar qatlar. Sidik axarlarının əzələ qişası yuxarıda böyrək ləyəninin əzələ qişası ilə sıx rabitədə olur. Aşağıda isə sidikliyin əzələ qişasından tamamilə ayrlır. Böyrək ləyənindən sidik axarlarına keçən peristaltik hərəkətlər böyrək ləyənində toplanmış sidiyi sidikliyə ötürür.
Sidik axarlarını xaricdən örtür və peritonaltı piy qatında itir. Lifli birləşdirici toxumadan ibarətdir. Elastik liflərlə zəngindir.
Yenidoğulmuşlarda sidik axarının uzunluğu 5-7 sm-ə qədərdir. Bundan əlavə sağ sidik axarı sola nisbətən 0,2-0,5 sm qısa olur. Uşaq doğulduqdan sonra sidik axarının uzunluğu sürətlə dəyişir. Belə ki uşağın 6 aylığında sidik axarının uzunluğu 9,1 sm, 2 yaşında 14-15 sm-ə, 22-28 (bəzi mənbələrdə 25-30) yaşlarında yaşlılardakı uzunluğuna çatır. Uşaqlarda sidik axarının diametri kiçik olur, daralmaları zəif nəzərə çarpır. 8 yaşında onlar yetkinlərdəki nisbətdə olur.