Sidor Şibayev

Sidor Şibayev (1825, Noqinsk, Moskva quberniyası[d]30 avqust 1888, Moskva) — I dərəcəli gildiya taciri, sahibkar, Rusiyanın ilk neft sənayeçilərindən biri.[1] O, 1878-ci ildə Bakıya gələrək sulfat turşusu istehsal edən zavod tikmişdir.[2][3] Bundan sonra isə "S. M. Şibayev və K" şirkətini quraraq neft sənayeçilərindən birinə çevrilmişdir.[4] O, həm də neftdən sürtkü yağını geniş miqyasda istehsal edən ilk sənayeçilərdən biridir.[5]

Sidor Şibayev
rus. Шибаев, Сидор Мартынович
Doğum tarixi 1825
Doğum yeri
Vəfat tarixi 30 avqust 1888(1888-08-30)
Vəfat yeri
Fəaliyyəti iş adamı

Sidor Martınoviç Şibayev 1817-ci ildə Moskva quberniyasının Boqordosk uyezdində anadan olub. Onun nəsli Roqojsk qəbiristanlığından olan köhnə ayinçilərdən idi. Tacir ailəsində doğulan o, ilk fəaliyyətinə Morozovların manufakturasında başlayıb.[6]1857-ci ildə Moskva quberniyasında Boqorodsk ərazisində tekstil fabrikinin əsasını qoyub.[1] Onun fabrikində 500-dən çox işçi işləyirdi. Artıq 1873-cü ildə onun fabriki il ərzində 230 min hissə parça istehsal edərək ona hər il 2 milyon rubl qazanc gətirirdi.[7][8]

Bakıdakı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, 1878-ci ildə Bakıya gələrək sulfat turşusu istehsal edən zavod tikib.[2]1884-cü ildə Rusiya mineral yağlarının və digər kimyəvi məhsulların istehsalı üzrə kapital dəyəri 1.5 milyon rubl olan "S. M. Şibayev və Ko" şirkətinin əsasını qoyub.[4][9]

1885-ci ildə Antverpendə keçirilən beynəlxalq müsabiqədə "S. M. Şibayev və Ko" şirkətinin "Spinvel", "Lubrin", "Tsilindol", "Barilion" adlı mineral yağları və digər kimyəvi malları qızıl medala layiq görülüblər. 4 il sonra Parisdə keçirilən beynəlxalq sərgidə şirkətin mineral yağları ikinci qızıl medala layiq görülüb. Bundan başqa şirkətin neft sənayesində tətbiq etdiyi avadanlıqlar da bürünc medala layiq görülüb.[4]

Sidor Şibayevin 1888-ci ildə ölümündən sonra şirkətə onun həyat yoldaşı Yevdokiya Şibayeva rəhbərlik etməyə başlayır. O da öz növbəsində 1899-cu ildə dünyasını dəyişənə qədər şirkətə rəhbərlik edir. Onun ölümündən sonra isə şirkəti oğulları idarə edirlər.[4]

  1. 1 2 "Шибаев Сидор Мартынович - нефтепромышленник, купец" (rus). ourbaku.com. 7 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2022.
  2. 1 2 Aleksandr Polovtsov. Русский биографический словарь / Rus Bioqrafiya Lüğəti. XXIII. Sankt-Peterburq: тип. Главного Упр. Уделов. 1911. səh. 272-273. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-07.
  3. Ərəstun Mehdiyev. Azərbaycan neft sənayesi XIX yüzilin son rübündə. Bakı: Altay nəşriyyatı. 2000. səh. 19. Archived from the original on 2022-04-01. İstifadə tarixi: 2022-04-01.
  4. 1 2 3 4 Jonka. "Фирма "Шибаев С.М. и Ко"" (rus). ourbaku.com. 10 oktyabr 2009. 17 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2022.
  5. Vladimir Ryabuşinski. Судьбы русского хозяина// Старообрядчество и русское религиозное чувство. Moskva: Иерусалим: Мосты. 1994. səh. 126. Archived from the original on 2022-04-08. İstifadə tarixi: 2022-04-08.
  6. F.Seleznyov. "Становление Д. В. Сироткина как предпринимателя" (rus). starover.religare.ru. 30 may 2006. February 2, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2022.
  7. Нефть. Люди, которые изменили мир. Moskva: Манн, Иванов и Фербер. 2015. səh. 21-27. ISBN 9785000572764. Archived from the original on 2022-04-07. İstifadə tarixi: 2022-04-07.
  8. "Sidor Martınoviç Şibayev" (rus). um.mos.ru. 2 aprel 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2022.
  9. Aleksandr Matveyçuk. "Императив нефтеперегонного куба" (rus). neftrossii.ru. 16 yanvar 2014. 25 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2022.