Siemreap — Şimal-Qərbi Kambocada yerləşən Siemreap vilayətinin paytaxtıdır. Hər il milyonlarla turistin gəldiyi Anqkor Vat məbədinə 5,5 km məsafədədir.
Şəhər | |
Siemreap | |
---|---|
13°21′44″ şm. e. 103°51′35″ ş. u. | |
Ölkə | Kamboca |
Region | Siemreap |
Qubernator | Khim Bunsong |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1907 |
Mərkəzin hündürlüyü | 18 ± 1 m |
Saat qurşağı | UTC+7 |
Əhalisi | |
Əhalisi | 230,714[1] nəfər (2008) |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin mərkəzi hissəsi Sivutha küçəsi və Psar Chas (Tarixi Bazar) ətrafını əhatə edir. Fransız müstəmləkəsi dövründən qalma inzibati binalar və iş mərkəzləri burada yerləşmişdir. Wat Bo yaxınlığında çoxlu sayda kirayə evlər və mehmanxanalar fəaliyyət göstərərkən, Psar Leu yaxınlığında isə ən çox əl işləri satılan dükanlar yerləşmişdir.
Siemreap çayı şəhərin içərisindən axır. Siemreap Beynəlxalq Havalimanı şəhər ilə 15 dəqiqəlik məsafədə yerləşmişdir.
Cənub-şərqi Asiyanın ən böyük şirin su rezervi olan Tonle Sap gölü şəhərə 15 km məsafədədir. 1997-ci ildə UNESCO tərəfindən Dünyanın Biyosfer Rezerv ərazisi elan edilən Tonle Sap gölü üstündə yerləşən Chong Khneas kəndi, turizm cəhətdən diqqət çəkən yerlərdən biridir. Biyoçeşitlilik cəhətdən zəngin olan göl, həmçinin bir quş cənnətidir.[2]
Siem Reap adı Kxmer dilində "Siyam məğlub oldu" mənasını verir. Tayland Krallığı ilə 17-ci əsrdə olan müharibədə Kxmer İmparatorluğunun qazanmasının şərəfinə şəhər Siemreap adlandırılır.
Şəhərin iqtisadiatı turizm əsasında qurulmuşdur. İnkişaf edən turizmi ilə birliktə yeni açılan hotel , restoran və barlar şəhərin iqtisadiatını daha da inkişaf etdirir. Əkinçilik, balıqçılık, əl işləri və meyvə istehsalı iqtisadiatda əvəzsiz rol oynayır.
Kambocanın ən əsas turizm mərkəzi olan şəhər 12-ci əsrdə tikilən Anqkor Vat məbədinin qapısı rolunu oynayır. Anqkor Vat məbəd bölgəsinin 1992-ci ildə Ümumdünya irsi siyahısına daxil edilməsindən sonra şəhərin turizm potensiyalı yüksəldi.[3]
2007-ci ildə 1 milyon turist şəhəri ziyarət etmişdir. Siemreap şəhərini ziyarət etmək üçün ən uyğun vaxtlar Sentyabr-Mart arasıdır. Şəhərdə hər bütçəyə uyğun hotel tapmaq mümkündür.5 ulduzlu hotellərdən butik ailə hotel lərinə kimi çoxlu sayda hotel fəaliyyət göstərir.
Siemreap sunekvatorial iqlimə malikdir. İstilik və rütubətin miqdarı yüksəkdir. Fəsillərə görə rütubət və istilik fərqi çox azdır. Əsasən Aprel və Avqust ayları arasında yağışlı günlərin sayı artır.