Anqkor Vat

Anqkor Vat

Anqkor Vat və ya AnqkorvoatKambocada yerləşən və tanrı Vişnuya həsr edilmiş nəhəng hinduizm məbəd kompleksi. Dünyanın vaxtilə yaradılmış mədəni tikilisi və arxeoloji abidələrindən biri sayılır. XII əsrin I yarısında kral II Suryavarmanın hakimiyyəti dövründə tikilmişdir. Bu abidə kompleksi UNESCO-nun ümumdünya irsi siyahısına salınmışdır. Anqkor Vat abidəsi Kambocanın Siem reap əyalətinin Siemreap şəhərindən 5,5 km aralıda yerləşərək özündə khmerlərin qədim paytaxtları olan Ankqorda məbəd kompleksini birləşdirir.Anqkor 200 km² əraziyə malik olduğu bilinsə də, son tədqiqatlar nəticəsində buranın ərazisinin 3000 km² çox olduğu və əhalisinin sayının yarımmilyona çatdığı aşkar olunmuşdur.

İlk əvvəl tanrı Vişnaya həsr olunduğundan arxitektura nöqteyi-nəzərindən özündə induizmdəki tanrıların məskəni olan mifik Meru dağını nümayiş etdirən dağ-məbədləri birləşdirir. Məbəd mərkəzə doğru getdikcə hündürlüyü artan 3 konsentrik düzbucaqlı tikililər formasından ibarət olmaqla,3,6 km uzunluğa və 190 m enə malikdir. Daxili tikililər lotos formasında 5 qüllədən təşkil olunmuşdur. Mərkəzdəki qüllə ibadətgahdan 42 m hündürlüyündə, ümumilikdə yerdən isə 65 m hündürlüyündədir.

XV əsrdə istifadə olunmamağa başlamış və atılıb qalmışdır. Bura avropa sivilizasiyası üçün 1860-cı ildən açılmışdır. Anqkor Vat Kambocanın dövlət bayrağı və gerbində təsvir olunmuşdur.

Etimologiya və yazılışı

[redaktə | mənbəni redaktə et]

Çox ehtimal ki, "Anqkor" adı sanskritcə "şəhər" mənasını verən "naqara" sözündən gəlmişdir.Kxmercə bu söz "noko" kimi səslənsə də,amma kxmerlərin xalq dilində "onkqo" sözünü demək daha rahatdır. Sonuncu sözün hərfi mənası "yığılmış düyü dənələri" deməkdir.

"Anqkor" tarixi ad deyildir, Kambocada yerləşən əyalətə məxsus qədimi addır.Bu ad buradakı yerlərin kxmer başçıları tərəfindən tərk edildiyi zaman yaranmışdır. Buna baxmayaraq, burada adamlar yaşamağa davam etmiş və Anqkor kifayət qədər böyük şəhər əhəmiyyətini saxlayaraq, bunu öz adında əks etdirmişdir. Bilavasitə olaraq, onu da qeyd etmək lazımdır ki, kxmer dilində "şəhər" və "əsas şəhər" mınasını verən müxtəlif anlayışlar vardır. Krallığın indiki paytaxtı sayılan Pnompeni kxmerlər çox vaxt sadəcə "tikronq", daha doğrusu "kral yerinin olduğu şəhər" adlandırırlar. Lakin şəhər mənasını verən "noko" sözü ilə adlandırmırlar.

Anqkor Vat məbədi 1863-cü ildən bəri Kamboca bayrağında təsvir edilir və milli qürur simvolu sayılır

Əsrlər ərzində xalq sözü olan "onqko" xüsusi ad alaraq, qədim paytaxt əyaləti Anqkor (Onkqor)adında möhkəmlənmişdir.

"Vat" sözü isə monastır iqamətgahlarının müqəddəs yeri mənasınə verən pali ifadəsi "vattu-arama"dan götürülmüşdür.Lakin Cənub-Şərqi Asiya ölkələrinin (Tayland, Kamboca, Laos) çoxusunda bu söz geniş mənada işlədilərək hər hansı buddist məbədinə və ya paqodasına aid edilir. Kxmercə "voat" "məbəd" və "ehtiram,heyran olma" mənasını verir. Həqiqətdə, Anqkor Vat kxmerlərin milli qürur simvolu sayılır.

Anqkor Vat özündə Kxmer imperiyasının arxitekturasının ilk nümunələri olaraq, VI əsrdə tikilən məbədləri əks etdirir. Bu nəhəng məbəd kompleksi II Suryavarmanın (hakimiyyət illəri: 1113–1550-ci illər) dövründə tikilmişdir.

Tikintinin başlanğıcı zamanı qoyulan nə kapsul, nə də məbədə aid bir sıra müasir yazılar tapılmamışdır. Ona görə, onun ilk əvvəlki adı məlum deyildir. Lakin ola bilsinki, məbəd Varah Vishnu-lok adlanırmış. (hərfi tərcüməsi: Müqəddəs Vişnanın yeri deməkdir)

Hesab olunur ki, məbədin tikintisi üzərində iş kralın ölümündən biraz sonra qurtarmışdır. Ona görə, bəzi barelyeflərin bəzədilməsi tamamlanmamış qalmışdır.

Aerofotoşəkili.190 m enə malik su ilə dolu xəndək

Anqkor Vat XV əsrdən istifadə olunmamasına baxmayaraq, tamammilə insanlar tərəfindən atılmamışdır. Bu məbədə gələn ilk qərblilərdən portuqal monaxı Antonio da Madalena olmuşdur. O, buraya 1586-cı ildə baş çəkmiş və buranın "qələmlə yazılması mümkün olmayan qeyri-adi tikili olaraq dünyada heç bir tikiliyə bənzəmədiyini" bildirmişdir. Kompleks avropa sivilizasiyası üçün 1860-cı ildə fransız səyahətçisi Anri Muo tərəfindən açılmışdır. Bura 5 il ərzində fransız missioneri Şarl-Emil Buyevo baş çəkərək, öz müşahidələrini 2 kitabda təsvir etmişdir.

1970-ci illərdə kompleksdə yerləşən bəzi tikili və abidələr Pol Pot əsgərləri tərəfində vandalizmə məruz qalmışdır. 1992-ci ildə Anqkor Vat məbəd kompleksi UNESCO-nun ümumdünya irsi siyahısına salınmışdır. Kambocada turistlərin əsas cəlb olunduğu yerdir.

Arxitektura və xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Məbəd anqkorian stilində tikilmişdir.Kamboca mədəni tikililəri üçün xarakterik olan "dağ-məbəd" tipinə aid edilir. Kxmer məbədləri möminləri yeri yox, tanrıların yaşayış yeri olmuşdur.Anqkor Vat həmçinin hökmdarların dəfn olunması ilə də fərqlənir. Məbəd 1500×1300m ölçüdə düzbucaqlı formasında konstruksiyanı əks etdirərək 200 ha ərazini əhatə edir. Kompleks böyük bayır sarayından, hasarlanmış divar və mərkəzi platformadan ibarətdir. Məbədə giriş qərb tərəfdəndir. Giriş qülləsindən məbədə doğru aparan yolu yeddibaşlı ilan heykəlləri əhatələmişdir.

Məbədə əsas giriş

Anqkor Vatın arxitekturası onun xarici görünüşü ilə uyğunluq təşkil eləyir. Heykəllər burda arxitektonik rol oynayır. Məbədin dolayı qalereyalarının üç yarusunda qədim hind mifologiyasına, qədim hind eposları "Ramayana" və "Mahabharata" mövzularına, həmçinin kxmer tarixinə həsr olunmuş barelyeflər vardır. İkinci yarusunun divarlarını təqribən 2000-nə yaxın səma qızları — apsar fiqurları bəzəyir.

Tikinti texnologiyası

[redaktə | mənbəni redaktə et]

Məbədin tikintisində istifadə olunan daşlar cilalanmış mərmər kimi çox hamardırlar. Daşlar bir-birinə elə kip quraşdırılmışdır ki, onlar arasında aranı bəzən tapmaq olmur. Daş bloklar bəzən heç bir birləşməyə malik deyildir və ancaq öz çəkilərinə görə qalmışdır. Bəzi yerlərdən birləşdirmələrdən istifadə olunmuşdur. Ehtimala görə, daşların yerinə qoyulmasında qaldırıcı güc kimi fillərdən istifadə olunmuşdur. Andre Muo qeyd etmişdir ki, əksər daşlarda 2,5 sm diametrli və 3 sm dərinlikli deşiklər vardır. Bu deşiklərin nə üçün lazım olduğu məlum deyildir. Bəzi mütəxəsislər bunun metal oxların köməyilə daşların bir-birinə birləşdirilməsində istifadə olunduğunu hesab edirlər.