Sikkəvari zirinc

Sikkəvari zirinc (lat. Berberis nummularia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Sikkəvari zirinc
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbiətdə növün arealı Orta Asiyanı (Tyan-Şan,Pamir-Alay), Özbəkistanıİranı əhatə edir. Yaqnoba çayından təsvir edilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 4 m-dək, çox budaqlıdır, budaqları qonur və ya al qırmızıdır, cavanlıqda göyümtül olub, iynələri üç yerə bölünmüş və ya sadədir. Çətiri enli, şaxələnmiş, əyilmiş budaqlıdır. Qabığı cavanlıqda göyümtül, sonradan qonurdur. Yarpaqları dərili, təxminən yumru, uzunluğu 3-4 sm-dək, eni 3 sm-dək, kənarları bütöv və ya yuxarı hissəsi bir az dişli, ucunda iynəli, bünövrəsi pazşəkilli-daralmışdır. İynələri sadə və ya üçhissəlidir. Payızda al-qırmızı-narıncıdır. Çiçəklərin uzunluğu 0,3-0,6 sm, parlaq sarı rəngli olub, 20 ədədi və ya daha çox salxımlarda yerləşir. Kasa-yarpaqları və ləçəkləri təxminən eyni, yumurtavaridir. May-iyunda çiçəkləyir. Giləmeyvələri yumurtavari-şarşəkilli, qırmızı,uzunluğu 5-6 mm-dir. Toxumları tərs yumurtavaridir. Sentyabrda meyvə verir. Çox tez böyüyür.

Dağların daşlıq yamaclarında bitir. İşıqsevəndir. Kölgədə öz dekorativliyini itirir. Torpağa tələbkar deyil. Quraqlığa, şaxtaya, tüstüyə, qaza davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə bəzi rayonlarda park və bağlarda becərilir.

Tək, qrup əkinlərində və budanmayan canlı çəpərlər salınması üçün məsləhət görülür. Yazda çiçəkləmə vaxtında yaxşı görünür, xırda çiçəkləri möhkəm salxımlara yığılmışdır. Payızda xırda giləmeyvələri düzülmüş muncuq təsviri yaradır. Köklərindən və gövdələrindən alınan həlimi, qanın laxtalanma prosesinə stimullaşdırıcı təsir edir.