Göstər özünü (ing. Shake It Up) — Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-cu ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orijinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orijinal serialıdır.
Göstər özünü | |
---|---|
ing. Shake It Up | |
Janr | Komediya |
İlk baxış tarixləri | 7 noyabr 2010 |
Yaradıcısı | Kris Tompson |
Rollarda |
Bella Torn Zendaya Deyvis Klevilənd Raşan Fiqan Adam Ayrqoyn Kenton Dati Karolin Sanşayn |
Bəstəkar |
Ceyni Luri Eyras Arçontis Çin Niman |
İstehsalçı ölkə | ABŞ |
İl | 2010 - 2013 |
Studiya |
It's a Laugh Productions Disney Channel Original Productions |
Dil | İngilis dili |
Rəng | Rəngli |
Mövsüm sayı | 3 |
Seriya sayı | 75 |
Davametmə müddəti | 23 dəq. |
IMDb | ID1661326 |
disney.ru/shake-it-up/in… | |
Vikianbarda əlaqəli mediafayllar |
Rol | Aktyor/aktrisa |
---|---|
Sisi Cons | Bella Torn |
Raki Bulu | Zendaya Koulman |
Flin Cons | Deyvis Klevilənd |
Tay Bulu | Raşan Fiqan |
Düs Martinez | Adam Ayrqoyn |
Qunter Hesenhepa | Kenton Dati |
Tinka Hesenhepa | Karolin Sanşayn |
rəqsçi | Kameron Boys |