Similan adası

Similan adası-(tay เกาะสิมิลัน) — Andaman dənizinin adası. İnzabiti cəhətdən Pxanqnqa əyalətinə daxildir ki, elə o əyalətin 70 km qərbində yerləşir. Yavi dilindən tərcümədə "doqquz" mənasını verir. Belə ki, burada olan adaların sayına görə adlandırılır.

Similan adası
tay เกาะสิมิลัน
Ümumi məlumatlar
Sahəsi 140 km²
Hündür nöqtəsi 244 m
Yerləşməsi
08°39′09″ şm. e. 97°38′27″ ş. u.HGYO
Ölkə  Tailand
Region
  • Pxanqınqa
Akvatoriya
Similan adası xəritədə
Similan adası
Similan adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Similan adasında qayalıqlar

Cənubdan şimala adaların siyahısı:

  1. Huyonq (เกาะหูยง/Koh Hu Yong);
  2. Payanq (เกาะปายัง/Koh Payang);
  3. Payan (เกาะปาหยัน/Koh Payan);
  4. Mianq (เกาะเมียง/Koh Miang);
  5. Ха (เกาะห้า/Koh Haa);
  6. Paya (เกาะปายู/Koh Payu);
  7. Xin-Pusar (เกาะหินปูซาร์/Koh Hin Pusar);
  8. Similan (เกาะสิมิลัน/Koh Similan);
  9. Banqu (เกาะบางู/Koh Ba Ngu),
  10. Bon (เกาะบอน/Koh Bon),
  11. Taçay (เกาะตาชัย/Koh Tachai).

Adanın sahəsi- 140 кm²-dir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən-244 m yüksəklikdədir. İllik yağıntıların miqdarı isə 3560 mm-dir. 2004-cü ildə baş verən sunamidə bu adalar çox zərər çəkmişdir.

Similan adasında adaları

Adalarda və ətraf sularda toxunulmayan təbiətə rast gəlinir. 1982-ci ildən bu arxipelaq milli park elan edilib[1]. Bu adalar nəinki Tailand adaları içərisində həmçinin bütün dünyada dayvinqin inkişafı üçün ən əlverişli adalar hesab edilir. 2007-ci ildə adaya 150 min turist səyahət etmişdir. Adaya əsasən 100 km cənubda Pxuketadan katerlərlə gəlirlər. Belə səyahət əsasən 30 dəq vaxt alır. Adaya səyahət etmənin ən yaxşı vaxtı yanvardan aprel ayına qədər davam edir. Yağışlı dövrlər isə maydan oktyabra qədər davam edirdi.