Simlyansk su anbarı

Simlyansk su anbarı
Ölkə  Rusiya
Uzunluğu180 m
Eni30 m
Sahəsi2702[1]
Həcmi23,9 m³
Orta dərinliyi17 m
Dolma ili1.953
Simlyansk su anbarı (Rusiya)

Simlyansk su anbarıDon çayı üzərində yerləşən su anbarı. İnzibati cəhətdən VolqoqradRostov vilayətləri ərazisində yerləşir. Tikinti işləri 1948-ci ildə başlanmışdır. Tiktinti işləri 1952-ci il Simlyansk şəhəri yaxınlığında çayın qarşısına atılan bənd sayəsində yaradılmışdır.[2] Su anbarının tam su ilə doldurulması 1953-ci ilə təsadüf edir. Su anbarının illik su axını 29–18 m³ təşkil edir.[1]

Su anbarının ümumi su tutumu 23,85 km³ təşkil edir. Bunun isə 11,5 km³ faydalı su ehtiyatıdır. Su anbarının səthinin sahəsi 2 700 km²-dir. Anbarın ən enli hissəsi 38 km, maksimal dərinliyi isə 30 metrdir

Su anbarının 67% Volqoqrad, 33 % isə Rostov vilayəti ərazisində yerləşir. Su anbarına 10 çay tökülür. Orta çoxillik du sərfiyyatı 650 m³/s təşkiledir. Aşağı Fon çsyına buraxılış 400 – 450 m³/s-dir.[3]

İnşa edilmə məqsədi

[redaktə | mənbəni redaktə et]
  1. Volqa-Don kanalında naviqasiyanın təminatına görə.
  2. Bölgə ərazisin suvarılan torpaqlarının suvarılması istiqamətində.
  3. Simlyansk SES-nın tikintisi ilə bölgənin elektrik enerjisinə olan tələbatın ödənilməsində istifadə edilməsi.

Su basma ərazisi

[redaktə | mənbəni redaktə et]

Su anbarının tikintisi ilə əlaqədar 263,6 min. ha-dlr. Bu sahənin 9,6 min hektarı bağça və bostan, 0,7 min hektar bağ və üzümlük, 30,1 min hektar ərazi isə meşə və kolluqlardan ibarətdir. Su anbarı tikintisi zamanı 164 kənd və Kalaç-na-Donu şəhərinin bir hissəsi suyun altında qalmışdır. Ümumilikdə 13 716 nəfər köçürülməli olmuşdur. Ümumilikdə 1 644 tikili su altınfa qalmışdır. Anbarın su ilə doldurulması zamanı Xəzərlərə məxsus olan qala-şəhər (Sarkel) suyun altında qalmışdır.

Su anbarı irriqasiyada mühüm rol oynanır. Anbardan Volqoqrad istiqamətində Don magistral su kanalı çəkilmişdir. Su kanalı öz növbəsində 2 km³ su ötürmə qabiliyyətinə malikdir. Mühüm limanları: Volqodonsk, Kalaç-na-Donu. Su anbarının yaxınlığında Rostov AES yerləşir.

Ekoloji nəticələri

[redaktə | mənbəni redaktə et]

Su anbarının tikintisi Azov dənizinə tökülən suyun tənzimlənməsi dənizin suyunun şorluğunun artmasına səbəb olur. Əgər Don çayının məbsəbində suyun duzluğu 10,5 ‰, Kerç boğazında 11,5 ‰ olduğu halda su anbarı tikildikdən sonra suyun duzluğu 13 ‰ olmuşdur.

  1. 1 2 "Simlyansk su anbarlnın cənubu". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-26.
  2. Simlyansk su anbarı quruyur[ölü keçid]
  3. "Aşağı don". 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-26.