Kerç boğazı

Kerç boğazı (ukr. Керченська протока, krımtat. Керич богъазы, Keriç boğazı) — Boğaz Atlantik okeanın akvatoriyasına daxil olan Azov dənizini Qara dənizlə birləşdirir. Krıma daxil olan Kerç yarımadasını isə Taman yarımadasından ayırır. Boğazın eni 4,5–15 km-ə qədərdir. Ən dərin yeri 18 m, əsas limanı Kerç şəhəridir.

Kerç boğazı
ukr. Керченська протока, krımtat. Керич богъазы, Keriç boğazı, adıq Хы ТІуалэ
Ümumi məlumatlar
Eni 4,5 - 15 km
Ən böyük dərinliyi 18 m
Yerləşməsi
45°18′55″ şm. e. 36°34′06″ ş. u.HGYO
Ölkələr
Akvatoriyası
Ayırır Kerç yarımadasını Taman yarımadasından
Kerç boğazı xəritədə
Kerç boğazı
Kerç boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XVIII əsrin sinlarından XX əsrə qədər ruslar boğazı Tavriya, Enikal[1], Kerç-Enikal, Qədim yunanlar boğazı Kimmer Bosforo (q.yun. Βόσπορος Κιμμέριος) adlandırırdılar. Ad isə ərazidə yaşıyan Kimmerlərin adından götürülmüşdür[2].

Kerç boğazı bir çox balıq növlərinin ovlandığı bölgədir. Balıqçılıq üçün payızın sonlarından başlayaraq bir necə ay əlverişli olur.

Herodotun Tarix əsərində köçərilərin buz bağlamış boğazın üzərindən keçməsi haqqında məlumat verilir. VI əsr b.e.ə. yunanlar boğazın qərb sahillərində Pantikapey şəhərini salırlar (Bosfor çarlığının paytaxtı)[3].

II ərs b.e Meotid gölü üzərində Mitridat ilə barbarlar arasında döyüş baş vermişdir.

Kerç boğazı. Enikalski mayakı.
Kerç boğazı

1944-cü ilin aprelində boğaz üzərindən körpü tikintisinə başlanmışdır. Körpü 125 aşırımdan ibarət olmaqla, hər aşırım arasında məsafə 27,1 m təşkil etməli idi. Mərkəzi aşırımın eni 110 m təşkil etmişdir. Bu aşırım iri gəmilərin keçidi üçün nəzərdə tululurdu. Tikinti işləri müharibədə ələ keçirilən qənimətlər hesabına həyata keçirilirdi. Bəzi mənbələr bu körpünün planı İkinci Dünya müharibəsindən öncə hazırlanmışdır. Üstəlik körpünün hissələri Almaniyada hazırlanırdı[4]. Körpünün tikintisi zamanı aşırımları buz parçalarından qoruyan qurğular olmadığından Azov dənizindən gələn buz parçaları 1945-ci ilin fevralında aşırımları 30% zədələmişdir. Bundan sonra isə körpü bərpa edilməmişdir[5].

1953-cü ildə Boğaz üzərindəki körpünün əvəzinə uzunluğu 4,6 km (2,5 mil) olan bərə yolu istifadəyə verilir[6], Bərə Krım yarımadasını Krosnadar vilayəti ilə (Krım limanı — Qafqaz limanı) birləşdirirdi. Bərə yolunun fəaliyyətini təmin etmək üçün 4 vaqondaşıyan bərə istismara buraxılır: "Zapolyarnıy", "Severnıy", "Yujnıy" və "Vistoçnıy". Sonrada üç avtomobil daşıyan bərə də istifadəyə verilir: "Kerç-1", "Kerç-2" və "Eysk".

1980-ci illərdə dəmiryolunun (bərə) köhnəlməsi ilə əvvəlcə sərnişindaşıma, daha sonra isə yükdaşıma fəaliyyətləri dayandırılır. İqtisadi çətinliklər səbəbindən bərə 15 il yalnız avtomobillərin daşıması üzrə fəaliyyət göstərməli olur. Bu ərəfədə boğaz üzərindən körpü tikintisi layihələri irəli sürülsə də sonradan reallaşdırılmır.

Kerç boğazı. Qafqaz limanı, Krım sahillərinə açılan mənzərə

2003-cü ildə iki ölkə arasında boğaz daxilində yerləşən Tuzla adası səbəbindən münaqişə baş verir. Belə ki, Krasnodar vilayətinin rəhbərliyi Tuzla adası ətrafına damba tikməyə başlamışlar. Bəhanə isə Tuzla adasının Taman yarımadasının bir hissəsi olması göstərilirdi. Bu addım Ukrayna tərəfindən etirazla qarşılanır. Damba tikintisi isə dayandırılır.

2004-cü ildə Vladimir Putin və Viktor Yanukoviçin başçılığı ilə boğazda bərə istifadəyə verilir. İlkin hədəf isə yükdaşımalar nəzərdə tutulurdu.

2007-ci ilin payızında boğazda güclü fırtınа baş verir, bu zaman bir neçə gəmi batır. Dənizə bir neçə ton mazut dağılır. Bununla da boğazın akvatiriyasına ciddi ziyan dəyir[7][8].

XX əsrdə əlaqəni təmin etmək məqsədilə bir sıra layihələr irəli sürülmüşdür. 2015-ci ildə boğaz üzərindən tikiləcək körpünün layihəsinin hazırlanması haqqında qərar qəbul edilmişdir. Bu plan 2016-2030-cu illəri əhatə etməlidir[9].

2010-cu ilin aprelində Ukrayna Prezidenti Viktor Yanukoviç ilə Rusiya Prezidenti Dmitri Medvedev arasında boğaz üzərindən körpü tikintisinin protokolu imzalanır. Hansı ki hədəf Krasnodar vilayəti Krımla birləşdirməli idi[10]. Rusiya Krımı işğal etdikdən sonra layihə öz aktuallığını itirdi.

1-12 avqust 2014-cü ildə boğaz üzərindən sərnişindaşıma həyata keçirilsə də, 31 avqust tarixindən həyata keçirilən bərə vastəsilə avtomobildaşıma səbəbindən dayandırılır[11][12].

  1. http://slovari.yandex.ru/dict/bse/article/00025/73600.htm%7Cзаглавие=Enikalski[ölü keçid] boğazı
  2. Kerç boğazı, Qolovkinski, Nikolay Alekseyeviç
  3. Heradot, IV, 12, 45.
  4. "Krım boğazı üzərində körpü. XX əsr Krımın sirləri". 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-13.
  5. B. М. Nadejin «Körpülərin arxitekturası», М.: Strоyizdаt, 1989
  6. "Bərəyolunun tarixi". 2012-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
  7. "Kerç boğazından 50 gəmi təxliyə edilir". 2014-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-13.
  8. "11 noyabr 2007 il Kerç boğazında baş verən fəlakət". 2008-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-13.
  9. Rusiyanın 2030-cı ilə qədər olan nəqliyyat hədəfləri. RF. 22 noyabr 2008 il № 1734-r
  10. «Medvedev və Yanikoviç boğaz üzərindən körpünün tikintisi haqqında razılığa gəlmişlər» Arxivləşdirilib 2022-09-04 at the Wayback Machine // Lenta.ru, 25.04.2010
  11. "ИТАР-ТАСС: Cəmiyyəy — Simferopoldan Moskvaya ilk vaqon bərə vastəsi ilə göndərildi". 2014-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-13.
  12. http://crimea.kp.ru/daily/26267.7/3144850/%7Ctitle[ölü keçid] «Moskva – Simferopol» istiqamətində vaqonlar Kerç boğazı vastəsi ilə həyata keçirilməyəcək, 12.08.2014 ,Komsomolskaya pravda