Sims körfəzi — Laptevlər dənizini ərazisində, Taymır yarımadasının şimal-şərqində yerləşir. Körfəz düzbucaqlı formaya malikdir. Onun uzun 20 kilometr, orta eni isə 14 km-dir. Qərbdə Lasinus yarımadası ilə daha böyük olan Tereza Klavenes körfəzindən ayrılır. Körfəzdə Kamennıy burnu yerləşir. Qərnbində ona tökülən çaylar estuari əmələ gətirir. Körfəzdən bir qədər şimalda Komsomol Həqiqəti adası yerləşir. İnzibati baxımından Rusiyanın Krasnoyarsk diyarı ərazisində yerləşir. Körfəzin sahil xəttinin uzunluğu 20 kilometrdir. Körfəzin yerləşdiyi bölgənin sərt iqlimə sahib olması səbəbindən burada yaşayış yoxdur.
Sims körfəzi | |
---|---|
rus. Залив Симса | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Yerləşməsi | |
77°07′00″ şm. e. 105°15′00″ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
Körfəzin iqlimi olduqca sərtdir. İl boyu artik iqlim hakimdir. İlin böyük hissəsi buzla örtülü olur. Bəzi hissələr isə heç vaxt buzdan azad ola bilmir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən mamır, şibyə ilə örtülüdür. Körfəz və sahil ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir. Bölgəyə xas heyvanlar aləmini burada da müşahidə etmək mümkündür. Ərazinin şimal bittkiləri ilə örtülməsi səbəbindən marallar körfəzin ətraf ərazilərində otlayırlar.
1940-ci ildə adada olmuş bir qrup sovet dənizçisi Faddey adalarında qab-qacaq, alətlər, və digər əşyalar aşkarlayırlar. 1941-ci ildə Sims körfəzi sahilində, Çelyuskin burnu ndan 100 km cənub-şərqdə və Faddey adalarından 60 km qərbdə İzba kəndinin qalıqlarını aşkarlayırlar. Üstəlik burada kükürd dolu çəllək və odlu silah[1], bel, qayçı, zınqırov, xaç, kompas, günəş saatları, gümüş sikkələr aşkarlanır. 1945-ci ildə arxeoloqlar bu tapıntıların XVII əsrə aid rus dənizçilərin olmasını müıyyən edirlər. Əşyalar arktikada 300 il müddətində qalmışdır. Belə bir versiya vardır ki, bu tapıntılar məlum olmayan bir rus ekspedisiyasına malikdir. 1617-ci ildə bu ekspedisiya üzvləri Taymırın şimalına qədər hərəkət etmişlər. Ekspedisiyanın rəhbəri Akakiy Murmanes olmuşdur.
Burada insan qalıqları belə aşkarlanır. İnsan qalıqları iki pomora və bir yerli qadına məxsus olmuşdur[1]. Onların dəfn edilməsi ilə bağlı heç bir dəlil aşkarlanmır[2]
Müəyyən edilir ki, bu qalıqlar rus səyyahlarına aiddir. Onlar bölgədə XVII əsrdə olmuşlar. Tarixçi M. İ. Belova görə bu tapıntılar İvan Tolstouxova məxsus olmuşdur. O, 1686-cı ildə Staroturuxandan çıxmış və 1689-cu ildə Sims körfəzində həlak olmuşdur.