Sind mətbəxi (Sind dilində: سنڌي کاڌا) - Pakistanın Sind əyalətində yaşayan sindlilərin ənənəvi mətbəxi.[1][2][3]
Gündəlik yemək buğda və düyüdən hazırlanmış yaymadan ibarətdir, biri souslu və biri quru kəsmikli yeməkdən ibarətdir. Bu gün sindhi yeməyi bir çox ölkələrdə, o cümlədən də 1947-ci ildə müstəqillik əldə etdikdən sonra hindus sindhlilərin böyük bir hissəsinin miqrasiya etdiyi Hindistanda qida rasionuna daxildir.
Sind əyaləti müstəqilliyə qədər Bombey prezidentliyinin hakimiyyəti altında olub, Bombey və Sind də adlanırdı. Qucarat və Racastxanla yaxın olduğuna və hazırkı Bombeylə siyasi əlaqələrinə görə onun ümumi mətbəx ənənələri olmuşdur. Ulxasnaqarda Sindlilər bir neçə xüsusi yemək növündə bu ənənəni qoruyub saxlamışdılar. Bu növlərə misal olaraq Batan Papdi, Sev Dal Sendviç, Dahi Sev Puri və d. yeməklərini qeyd edə bilərik.
Sarımsaq souslu pamfre - sebastes balığından soğan və pomidorla bişirilən yeməkdir. Çapati adı buğda unu çörəyi ilə yeyilir. Çox az insan bunu necə mükəmməl şəkildə bişirməyi bilir. Bu balıq yağla zəngin olduğundan, çörək bişirmək üçün nə qədər yağın istifadəsini bilmək vacibdir. Çünki bu cür yaxşı bişirilmiş və qarışdırılmış bir sous yoxdur.[4]
Loli və yoğurt yaxud Loli və südlü hind çayı kardamomla hazırlanır. Bu tavada bişirilmiş qalın mayasız çörəkdir. Buğda xəmiri soğan, isti yaşıl bibər, sarımsaq və keşniş / keşniş yarpağı ilə incə doğranır. Duz və yağ ilə un kifayət qədər sərt xəmirə yumşaq yoğrulur. Daha sonra bir qarışın səkkizdən birinə qədər yuvarlanır və aşağı istilikdə bir tavada bişirilir. Loli yarı hazır olduqda, xırtıldayan etmək üçün bir az yağ əlavə edin.[4]
İslamın Cənubi Asiyaya gəlişi yerli mətbəxə güclü təsir edib. Belə ki, müsəlmanlara donuz əti yemək və yaxud da spirtli içki istifadə etmək qadağan idi və halallıq prinsipinə ciddi şəkildə nəzarət edilirdi, müsəlman sindlilər mal əti, qoyun əti, toyuq, balıq, tərəvəz və ənənəvi meyvələr və süd məhsullarından istifadə edirdilər. Mərkəzi Asiya, Cənubi Asiya və Yaxın Şərq mətbəxi sindlilərin yeməklərinə təsir etmişdir.
Xüsusi yeməklər xüsusi hallarda hazırlanır. Bu yeməklərdən Çiti-kuni adlanan tərəvəz yeməyini qeyd edə bilərik.
Otlar (Bitkilər)
Urdu/Hind dilində | Sind dilində | Azərbaycan dilində |
---|---|---|
Sokha Dhan-ia | Sukka Dhaanna (سڪاڌاڻا) | Kişniş toxumu |
Hara Dhan-ia | Sawa Dhaanna | Kişniş yarpaqları |
podeena | Phoodno | Nanə yarpaqları |
methi | Hurbo | Samanlıq güldəfnəsi |
taez paat | Kamaal Pat | Dəfnə yarpağı |
Kadhi pata | Kari patto | Köri yarpaqları |
Ədviyyatlar
Urdu/Hind dilində | Sind dilində | Azərbaycan dilində |
---|---|---|
Amchoor | Amba-choor | Quru manqo tozu |
elaichi | Photo (ڦوٽا) | Kardamon qabıqları |
Badi elaichi | Wado photo | Qara Kardamon (Cənnət buğdası) |
namak | Loonn (لوڻ) | Duz |
kali mirch | Kaari Mirch | Qara bibər |
lah-sun | Thoom(ٿوم) | Sarımsaq |
adrak | adrak(ادرڪ) | Zəncəfil |
Zeera | Jiro(جيرو) | Zirə toxumları |
Haldi | Haidda(هيڊ) | Zərdəçal tozu |
Heeng | Hing/Vagaranee | Çadıruşağı otu |
Zafran | Zafran/Kaisar(ڪيسر) | Zəfəran |
gur | Gud (ڳڙ) | şəkər qamışı |
mirch | mirch(مرچ) | bibər |
imli | Gida-mi-ri(گدامڙي) | tamarinda |
Khaskhas(کسکس) | Khashkhash | xaşxaş toxumu |
Raee | Rai | xardal toxumu |
Long | Lua-nga (لونگ) | mixək |
Til | Tirr | Küncüt toxumu |
Dalchini | Mithi Kathi | Darçın |
Sauf | Sauf | Cirəgülü |
Methi dana | Hurbo | Samanlıq güldəfnəsi |
Lal mirch | Gharo mirch | Qırmızı bibər |
Meyvələr və tərəvəzlər
Urdu/Hind dilində | Sind dilində | Azərbaycan dilində |
---|---|---|
Baingan | Vaangan واڱڻ | badımcan |
Band Gobi | Band/Pata Gobi | kələm |
Gaajar | Gajjar(گجر) | kök |
Daal | Daal | mərci |
Sag | Sagg | Xardal göyərti |
Khajoor | Qatal or Khark(کارڪ يا ڪتل) | Xurma |
Qoz-fındıq
Urdu/Hind dilində | Sind dilində | Azərbaycan dilində |
---|---|---|
Moongphali | Behi-munga or Munghera(مڱيرا) Kha-ja | Yer fındığı |
Kaju | Kaju | Braziliya fıstığı |
Badaam | Badaamyoon(باداميون) | Badam |
Pista | Pista/dodiyun | Şam fıstığı |
Akhrot | Akhrot | Qoz |
Digər
Urdu /Hindi | Sind dilində | Azərbaycan dilində |
---|---|---|
Ghee | Gheehu/Ghay | Açıq kərə yağı |
Cheeni or Shakkar | Khand(کنڊ), Khandra | Şəkər |
Bheja or Maghaz | Maghz(مغز) | Brain |
double-roti | double-roti/Dhabbal | Çörək |
Aata | Atto(اٽو) | Kəpəkli un |
Anda | Bedo (Hyderbadi Sindhi) or Ando(آنو) | Yumurta |
Murghi | Kukkar (ڪڪڙ) | Toyuq |
Paplate | Paplet پاپليٽ | Pomfret balığı |
Chhota Gosht | Nandho Gosht | Qoyun əti |
Barra Gosht | Wado Gosht | Mal əti |
Palla machhli | Pallo(پلو) | Balıq |