Sinkləmə

Sinklənmiş səth

Qalvaniz və ya Sinklənmə — 450-455 dərəcədə ərimiş sinkə batırılmış poladın örtülməsi prosesinə verilən addır. Sink dəmirlə güclü bağlar yaradaraq üç fazalı təbəqə əmələ gətirir.

Xüsusilə korroziyaya qarşı həyata keçirilən bu proses hər cür hava şəraitində açıq havada işləyəcək metalların ömrünü uzatmaq üçün istifadə olunur. Sinklənmiş metalın səthi xromla örtülərsə, onun ömrü artacaqdır. Sinklənmə prosesindən sonra sinklənmənin mikron dəyərinə, materiala yapışması müvafiqliyinə, deşiklərdəki buruqlara, yaxud çapıqlara, uclardakı sinklənmiş çöküntülərə, bir-birinə yapışmış materiallara, çöküntü yapışmasına, örtülməmiş yerlərə və kül yapışmasına, həmçinin də ağ paslara diqqət yetirilməlidir. Dəmir materialı istehsal mərhələsində sinklənməyə müvafiq dizayn edilməlidir. İçi boş materiallarda sink giriş dəlikləri və təzyiqli çıxış delikləri xüsusilə vacibdir. Sinklənmə prosesi aşağıdakı kimidir. O, yağdan təmizləmə, durulama, aşındırma, yaxalama, flukslama, qurutma və örtülmə mərhələlərindən ibarətdir. Sinklənə bilən bəzi kiçik hissələr də mövcuddur. Zəncir sinklənməsi, anker sinklənməsi, profil sinklənməsi, təbəqə sinklənməsi, şpil sinklənməsi kimi bir çox material sinklənə bilər. Sinklənmiş torpaqlama dirəklərindən və sinklənmiş torpaqlama zolaqlarından torpaqlama xətlərində istifadə olunur. Ümumiyyətlə, sinklənmiş materialların kimyəvi tərkibi aşağıdakılardır;

Yüksək silisium və fosfor dəyərləri tez-tez sandelin adlanan tutqun və qalın bir örtüyə səbəb ola bilər.