Sinopsis

Sinopsis - təhsil, elm və ya incəsənətdə bütöv bir mövzunun qısa icmalı. 19-cu əsrdə ənənəvi qrammatikanın öyrədilməsi üçün istifadə olunan sinif məşqi idi.[1] Müasir dövrdə sinopsis kitablar, məqalələr, fimlər, televiziya şouları, hətta vdeo oyunları kimi çox müxtəlif məhsullar üçün yazıla bilər.[2] Sinopsisin əsas məqsədi əsərin mövzusu ilə maraqlanan rejissor və prodüserə ssenari haqqında məlumat verməkdir[3].

Sinopsis film ssenarisinin giriş, inkişaf və nəticə hissələrini yığcam formada əks etdirir. Ortalama olaraq 1-3 səhifə həcmində olan sinopsisdə dialoqlar yer almır. Sinopsis əksər hallarda ssenari tam hazır olmadan yazılır və loqlayndan daha iri həcmlidir. Sinopsis vasitəsilə ssenari tam oxunmadan hekayə əsas xətləriylə anlaşılır.[4]

Sinopsis yazmaq mərhələləri

[redaktə | mənbəni redaktə et]

Sinopsis yazmamışdan əvvəl aşağıdakı məsələlər dəqiqləşdirilməlidir:[5]

  • Əsərin janrı (triller, dram, detektiv, komediya, erorik, fantaziya və s.)
  • Əsas personajlar
  • Əsas sujet xətti
  • Əsas kritik məqamlar
  • Kulminasiya

Sinopsisdə aşağıdakı məlumatlar yer alır[6]:

  • Sujetin inkişafı
  • Əsas "açar" epizodlar
  • Baş qəhrəmanlar
  • Baş qəhrəmanların düşdüyü dramatik vəziyyətlər
  • Onların hərəkəti və bu hərəkətdən sonrakı vəziyyət
  • Açılış və kulminasiya
  • Süjetin əsas dönüş nöqtələri, əks fikirlər, konfliktin həlli yolları
  • Ssenarinin dramatik quruluşu
  1. "https://www.thoughtco.com - What Is a Synopsis?". 2022-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-29.
  2. "https://literaryterms.net - What is a Synopsis?". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-29.
  3. SSenari yaradıcılığının əsas istiqamətləri (tərtibçi və tərcüməçi : Gülşən Qafarova), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 2016
  4. "https://www.hurriyet.com.tr - Sinopsis nedir ve özellikleri nelerdir?". 2022-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-29.
  5. https://az.cultureoeuvre.com -Sinopsis Necə Yazılır
  6. Ssenari yaradıcılığı I. Dərs vəsaiti, Bakı - 2015. 144 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]