Loqlayn (ing. log line yaxud logline) — qısametrajlı və ya uzunmetrajlı filmlərin, serialların, televiziya şoularının, romanların içində baş verən bütün hadisələrin məzmun və dinamikasını açıqlayan tək bir cümlədir (əksər hallarda 20–25 söz).[1] O, plotlayn mərhələsindən (ssenarinin dörd cümlədə verilməsi) bir əvvəlki mərhələ hesab olunur[2]. Loqlayn hekayənin xülasəsini verməklə kifayətlənməməli, qəhrəmanı, onun məqsədini (hədəflərini, arzularını) və qarşısındakı maneəni (təhlükəni, riski) bir cümlə ilə ümumiləşdirə bilməlidir.[3][4] Loqlayn filmin marketinqi üçün istifadə olunan şüar (posterdə, reklamda və s.) deyildir.[5] Loqlayn tamaşaçılar üçün deyil, minlərlə ideyanı oxumuş redaktor və prodüserlər üçün yaradılır.[6]
Əksər hallarda loqlayn ssenaridən daha əvvəl hazır olur. Loqlayn nə qədər rahat formalaşarsa, yaxşı ssenarinin ortaya çıxma ehtimalı bir o qədər çoxalır.[7] Loqlayn yaradan pulsuz proqram təminatları da mövcuddur.[8]
- Qəhrəman
- Qəhrəmanın təsviri — Peşəsi, bacarığı, fiziki çatızmazlığı, statusunu göstərən və yaxud xarakterik xüsusiyyətlərini təqdim edən ifadə. Bu, qəhrəmanın kimliyi haqqında təsəvvür yaradır
- Qəhrəmanın çatışmazlığı — Etik və ya psixoloji çatışmazlar (bu, metamorfoz ilə əlaqədardır)
- Qəhrəmanın məqsədi — Məqsəd konkret, görülə bilən, ölçülə bilən, əldə edilə bilən və inandırıcı olmalıdır
- Ehtiyac — Qəhrəmanın çatışmazlığını aradan qaldırması üçün lazım olan nəsnədir (deyilə də bilər, konteksdən anlaşıla da bilər)
- Konflikt — Xarici və ya daxili ola bilər
- Antaqonist — Janrdan və nəqletmədən asılı olaraq loqlaynda göstərilməyə bilər
- Antoqonistin təsviri — Peşəsini, bacarığını, fiziki çatızmazlığını və ya statusunu göstərən və yaxud xarakterik xüsusiyyətini təqdim edən ifadə. Bu ifadə antoqonistin kimliyi haqqında bizdə təsəvvür yaradır.
- Antoqonistin çatəşmazlığı — Etik və psixoloji çatəşmazlıq (bu antoqonistin dəyişəcəyini və ya qəhrəmanın dəyəri ilə konfllikt yaratdığını göstərmək üçün istifadə olunur)
- Qəhrəmanı və antoqonisti təsvir edən sifətlərin konflikt yaratması. Məsələn. tənbəlşagird — tələbkar müəllim
- Mentor və təsviri
- Müttəfiq və təsviri
- Mövzu (kontekstdən anlaşılır)
- İroniya — İfadələrin hərfi mənalarına zidd olaraq işlənməsi nəticəsində yaranan incə bir istehza. Başqa sözlə, bir-birinə zidd olan iki nəsnənin bağlanması (birləşdirilməsi) nəticəsində yaranan istehza. Məsələn, "Titanik" filmi — On yeddi yaşında lüks həyata sahib aristokrat qız Titanikdə mehriban, amma kasıb bir rəssama aşiq olur.[9]
- Təhrikedici hadisə — buna kalalizator, taleyin çağırışı və s. də deyirlər.
- Qoyuluş (ing: Stake) — Qəhrəmanın məqsədinə çatmayacağı təqdirdəitirəcəyi nəsnədir
- Problem (deyilməməli, kontekstdən anlaşımalıdır)
- 1-ci dönüş nöqtəsi — bu, loqlaynda bəzən gözlənilməz dəyişiklik (ing:twist) olaraq da qəbul olunur
- Geri qayıda bilməmə nöqtəsi (ing: poin of no return)
- Mərkəzi dönüş nöqtəsi
- 2-ci fokus nöqtəsi (ölüm nöqtəsi)
- Maneə
- Sirr
- Qarmaq (ing:hook) — ümumi anlayışdır. Tamaşaçının diqqətini saxlamaq üçün istifadə edilən alətdir. Maneə, sirr, təhlükə və yeni informasiya (açılıış) birlikdə "qarmaq" yaradır. Bəzi müəlliflər ironoyanı da "qarmağa" aid edirlər.
- Təcililik elementi (ing:Ticking clock)
- Etik seçim — dilemma olaraq görünə bilər, kontekstdən də anlaşıla bilər
- Məkan (əgər vacibdirsə)
- Zaman (əgər vacibdirsə)
- Filmin dünyası (ing: setting). Birbaşa deyilə də bilər, kontekstdən də anlaşıkla bilər
- Hədəf auditoriyası (kontekstdən anlaşılmalıdır)
- Janr — kontekstdən anlaşılır. Bəzən isə birbaşa deyilir. Məsələn, "Film … mistik trillerdir".
- Dramatik sual (kontekstdən anlaşılır.
Dəmirçi Uill Törnir ekssentrik pirat "Kapitan" Cek Sərçə ilə birləşərək qubernatorun qızı olan sevgilisini Cekin ölümsüz keçmiş pirat müttəfiqlərindən xilas etməyə çalışır.[10]
Bu loqlaynda olan elementlər:
- Qəhrəman və təsviri (peşəsi) — dəmirçi Uill Törner
- Problem — sevgilisi qaçırılıb
- Məqsədi — sevgilisini xilas etmək
- Təhrikedici hadisə — sevgilisinin piratlar tərəfindən qaçırılması (kontekstdən aydın olur)
- Qoyuluş — sevgilisinin həyatı
- Sevgilisinin təsviri — qubernatorun qızı
- Müttəfiq və təsviri (1) — ekssentrik pirat "kapitan" Cek Sərçə
- Müttəfiq və təsviri (2) — qubernator (bu, həm də onun təsviridir)
- Antaqonist və təsviri — ölümsüz piratlar
Milad tətili zamanı Parisə səfər edən ailəsi tərəfindən təsadüfən unudularaq evdə tək qoyulan səkkiz yaşlı xətakar uşaq evini bir cüt qarətçidən müdafiə etməyə qərar verir.[11]
Bu loqlaynda olan elementlər:
- Qəhrəman və təsviri — səkkiz yaşlı xətakar uşaq
- Problem — uşağın ailəsi tərəfindən unudularaq evdə tək qalması
- Təhrikedici hadisə — qarətçilərin bu evi qarət etməyə qərar vermələri
- Məqsəd — evini qarətçilərdən qorumaq
- Antoqonist — iki qarətçi
- Maneə — uşağın və müdafiəsiz olması
- Qoyuluş — ev
- Zaman — Milad ərəfəsi. Loqlaynda Paris şəhəri ona görə vurğulanır ki, Milad ərəfəsində Parisdən evə qayıtmaq xeyli zaman alacaq və uşaq bu müddətdə tək olacaq
- İroniya — valideynlər övladını evdə unudurlar; müdafiəyə ehtiyacı olan uşaq evin müdafiəçisinə çevrilir.
- Dramatik sual — uşaq evini qarətçilərdən qoruya biləcəkmi?
- Janr — komediya, ailə