Sirkanvari həlməl (lat. Zygophyllum atriplicoides) — bitkilər aləminin həlməlçiçəklilər dəstəsinin həlməlkimilər fəsiləsinin həlməl cinsinə aid bitki növü.
Sirkanvari həlməl | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Sirkanvari həlməl |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Azərbaycan, Оrta Аsiya (Tyan-Şan, Pamir-Alay Kopetdağ), İran və Ermənistanda təbii arealları vardır.
Naxçıvan düzənliyində, aşağı dağ qurşağından orta dağ qurşağına qədər olan sahələrdə yayılmışdır.
Аzərbaycanın nadir, relikt bitki növüdür. VU A2c+3c.
Naxçıvan MR-nın quru daşlı olan ərazilərində rast gəlinir.
Azərbaycanda arealı geniş deyildir.
Təbiətdə 80-100 sm hündürlüyündə dağınıq budaqlı, qabığı ağımtıl-boz rəngdə olan kolcuqdur. İkievli bitkidir. Yarpaqları cüt lələkvarı, tərs yumurtavarı və ya uzunsov, qaidəyə doğru daralır. Çiçəkləri ikicinsli, bəzən də bircinslidir. İkili çiçəkyanlığının yarpaqları sərbəst, kasayarpaqları isə bünövrədən bitişikdir və meyvələrin üzərində qalır.
Çiçəkləri sarıdır. Ləçəkləri kasayarpağından 1,5 dəfə uzundur. Erkəkcik saplağının bünövrəsində dilcikşəkilli çıxıntılar olur. Çiçək tacı çox vaxt ağ və ya sarı, bəzən mavi, qırmızı və ya bənövşəyi rəngdə olur. Qutucuğu dəyirmi, qanadvarı çıxıntılı, hər yuvada 1-2 toxumu vardır. Toxumu kiçik, dəyirmi, qonur rənglidir, aprel-may aylarında çiçək açır, iyun ayında meyvəsi yetişir.
Təbiətdə əsasən generativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmişdir.
Bitkinin yayıldığı bölgələrdə yasaqlıqların təşkil edilməsi vacibdir.