Q. Y. Vanqeymin təklif etdiyi təsnifat Yer kürəsinin atlantika-avropa sektorunda müşahidə olunan atmosfer dövranı üzrə tədqiqatlarını Vanqenqeym 1933-cü ildən başlamışdır. Makroproseslərin inkişaf mərhələsini tədqiq etdiyi zaman o, müəyyən etmişdir ki, müəyyən zaman intervalında əsas barik əsas barik sistemlərində və əsas hava axınlarının paylanmasında müəyyən qanunauyğunluqlar müşahidə olunur. [1]
Həmin zaman müddəti 3-5 sutkaya bərabər olub və bu zaman müşahidə olunan prosesləri Vanqenqeym elementar sinoptik proseslər adlandırmışdır. (ESP) Vanqenqeym 42 illik məlumatları təhlil edərək bu sektorda müşahidə olunan bütün prosesləri 26 tipdə ümumiləşdirir. Ümumiləşdirmə zamanı aşağıdakı kriteriyalardan istifadə edilmişdir:
Bu kriteriyalardan istifadə edərək Vanqenqeym müəyyən etdiyi 26 tipi 3 formada ümumiləşdirmişdir:
Bu zaman 26 tipdən 9-u W formasına, 10-u E formasına və 7-si C formasına aid edilmişdir. [2]