Atlantika


Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur.

Atlantik okean
Koordinatlar 0° şm. e. 30° q. u.HGYO
Etmologiyası Atlant
Hissəsidir Dünya okeanı
Səthinin sahəsi
  • 106.460.000 ± 10.000 km²
Maksimum dərinliyi 8.605 m
Su həcmi 305.811.900 km³[1]
[[Fayl:|280px|Atlantik okean xəritədə]]
Atlantik okean
Atlantik okean
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu okean sahəsinə görə II böyük okeandır.

Rəvayətlərə görə Evrisfey Böyük qəhrəman və ögey qardaşı Herakla Böyük cəngavər və torpaq ilahını öldürməyini və Atlantın diyarından ona 3 alma gətirməyini tapşırır. Torpaq ilahının yanına gələn Herakl onla döyüşməyə başlayır. Ancaq qızğın isti , güclü və yorulmaz rəqibi artıq onu yavaş-yavaş gücdən salırdı. Axırda ağıllı sərkərdə Torpaq ilahını gücdən salmağını yolunu tapır;Özünü torpağın övladı sayan torpaq ilahını başı üstə qaldıran Herakl ayağı torpağa dəyməyən ilahı gücdən salır. Öz əmisinin oğlunu (torpaq ilahı Zevsin qardaşı Poseydonun oğlu idi və oradan keçənləri öldürüb sümükləri ilə atasının məbədini bəzəyirdi) öldürən qəhrəman onu öz torpaqlarından atıb Güclü Atlantın hüzuruna gedir. Atlanta Zevsin oğlu olduğunu söyləyən Herakl, almaların yerini Atlantdan soruşur. Yer

ilə göyü çiyinlərində tutan Atlant Heraklı görüb ona hiylə işləmək istəyir. O Herakla yerlə göyü tutmağı tapşırır özü isə min illərdir çiyninə düşən ağırlığın əzabından bir neçə saatlığına qurtulur. Almaları gətirən Atlant ömrün digər hissəsini yenə əzab çəkməmək üçün Herakla hiylə işləmək istəyir. O Herakla almaları özünün aparmasını, və 3 günə gələcəyini deyir. Hiyləni anlayan Herakl, göylə yeri 2 dəqiqəlik tutmağı özünün isə çiyni üçün balış hazırlaması bəhanəsini uydurur. Saf Atlant buna inanır və göylə yeri tutmağa başlayır. Herakl isə oradan uzaqlaşır. Atlant nə qədər bağırsada , Herakl geri dönmür. Yarım saat sonra Atlant boşalır və yerlə göyü buraxır göydən düşən buludlar oranı okeana çevirir və bura Atlantın şərəfinə Atlantik okeanı qoyulur.

Dənizləri: Baltik dənizi, Şimal dənizi, Aralıq dənizi, Qara dəniz, Sarqas dənizi, Karib dənizi, Adriatik dənizi, Azov dənizi, Balear dənizi, İoniya dənizi, İrland dənizi, Mərmərə dənizi, Tirren dənizi, Egey dənizi.

Ən böyük körfəzləri: Biskay körfəzi, Qvineya körfəzi, Meksika körfəzi.

Əsas adaları: Britaniya adası, İslandiya, Nyufaundlend adası, Böyük Antil adaları, Kiçik Antil adaları, Yaşıl burun adaları, Folklend adaları (Malvin adaları).

Boğazları:Cəbəllütariq boğazı , Pa-de-Kale boğazı, Folklend boğazı, Şimal boğazı, Antoş boğazı, Kabot boğazı, Kanso boğazı, Nortamberlend boğazı, Lemer boğazı, Dnestrovsko-Çareqradskoe qirlo, Batabano, Marsdip boğazı, Nov boğazı, Kiçik Jderlaç boğazı, Split darvazası, Bell-Ayl (boğaz), İst-River boğazı (çay)

Yarımadaları:Kap yarımadası

Dəniz cərəyanları: Qolfstrim cərəyanı, Kanar cərəyanı, Labrador cərəyanı, Passat cərəyanı.

Atlantik okeanın fiziki xəritəsi

Atlantik okeanı qərb yarımkürəsində yerləşir. Atlantik okeanın ən ensiz yeri ekvatorial zonadadır. Burada okeanın eni 2900 kilometrdir. Ən enli yeri isə şimal və cənub tropikləri boyunca olub təxminən 9000 km-ə bərabərdir. Atlantik okeanın hövzəsinə 13 dəniz daxildir. Bu dənizlər okean sahəsinin 11%-ni tutur. Aralıq dənizi, Qara dəniz, Karib dənizi Atlantik okeanı hövzəsinə aiddirlər.

Atlantik okeanı qədim zamanlardan bəri insanlar tərəfindən öyrənilməyə başlanmışdır. Böyük coğrafi kəşflər dövründən başlayaraq Atlantik okeanı Yer üzündə əsas su yolu olmuşdur. Atlantik okeanı haqqında ilkin elmi məlumatları Xristofor Kolumb, Fernando Magellan, Ceyms Kuk və başqa səyyah və tədqiqatçılar vermişlər. Hazırda bir çox ölkələrin alimləri su kütlələrinin xassələrini, okean dibi relyefini, onun təbii ehtiyatlarını öyrənməklə məşğuldur. Okeanoloqlar Qolfstrim və digər cərəyanları da tədqiq edir, okeanın atmosferlə qarşılıqlı təsirini öyrənirlər.

Atlantik okeanının dib relyefi o qədər də mürəkkəb deyildir. Şimaldan cənuba doğru materiklərin sahillərinə paralel sualtı Orta Atlantika silsiləsi uzanır. Bu dağ silsiləsi iki hissəyə bölünür: Şimali Atlantika və Cənubi Atlantika silsilələri. Bu sualtı dağ silsiləsi üzərində suyun dərinliyi 2500–3000 metrdir. Sualtı dağ silsiləsinin hər iki tərəfi çökəklikdir. Okeanın orta dərinliyi 3400 m, maksimum dərinliyi 8742 metrdir

Atlantik okeanı bütün iqlim qurşaqları boyunca uzandığından iqlimi çox müxtəlifdr. Okeanın əksər hissəsi subtropik, tropik subekvatorial və ekvatorial iqlim qurşaqlarında yerləşir. Temperatur ekvatorial zonada 25 °C-28 °C olub, qütblərə doğru azalır. Okeanda ən sərt iqlim cənubdadır. Güclü küləklər də cənub hissədə-mülayim enlikdə yaranır. Şimal hissənin tropik qurşağında da yay aylarında güclü qasırğalar olur. Orta illik yağıntı ekvatorda 2000 mm-dən çox, mülayim qurşaqda 1000–1500 mm, subtropikdə və Antarktidada 250–500 mm, Afrika səhralarına bitişik ərazilərdə 100 mm-dən azdır. Okeanın orta duzluluğu 32 promilldir.

Okean cərəyanları

[redaktə | mənbəni redaktə et]
Atlantik okeanda üzən A22A adlı aysberq

Cərəyanı əmələ gətirən su kütləsinin temperaturu ətraf suların temperaturundan yüksək olanda isti cərəyan, alçaq olanda isə soyuq cərəyan hesab olunur. Tropik qurşaqda passat küləklərinin təsirindən cənub və şimal passat cərəyanları yaranır. Cənub passat cərəyanı ekvatordan cənubda Qvineya körfəzi səhillərindən qərbə doğru 500 km enində güclü isti su kütləsinin hərəkəti ilə başlayır. Cənubi Amerika sahillərində bir qolu şimala doğru hərəkət edərək, Qviana cərəyanı adı ilə Karib dənizinə daxil olur. Bir qolu isə Braziliya isti cərəyanı adı ilə cənuba hərəkət edir. Şimal passat cərəyanı Antil adalarından keçərək Florida cərəyanı ilə birləşib, saatda 10 km sürətlə hərəkət edən məşhur Qolfstrim cərəyanını əmələ gətirir. Bu cərəyan Şimali Amerikanın şərqi ilə Böyük Nyufaundlend bankəsinədək şimala doğru hərəkət edir. Daha sonra bu cərəyan Şimali Atlantika cərəyanı adı ilə Şimal Buzlu okeanına daxil olur. Şimali Atlantika cərəyanı Qərbi Avropanın iqliminə güclü təsir edir. Şimal Buzlu okeanında iki soyuq – Şərqi Qrenlandiya və Labrador cərəyanları Atlantik okeanına daxil olur. Bu cərəyanlar da öz növbəsində Şimali Amerika qitəsinin şimal-şərq sahillərinin iqliminə təsir edir. Haqqında söhbət açdığımız cənub passat cərəyanı La-Plata sahillərində soyuq Folklend cərəyanı adı ilə hərəkət edib, sonra qərb küləkləri cərəyanı ilə qovuşur və Afrika sahillərinə çatanda şimala meyl edir. Daha sonra Benqal cərəyanı adı ilə şimala doğru hərəkət edib cənub passatları cərəyanı ilə birləşir. Beləliklə, Atlantik okeanı daxilində cərəyanların dairəvi hərəkəti əmələ gəlir.

Cərəyanlar buzlaqlara da təsir edir. Qrenlandiyanın nəhəng buz parçaları vaxtaşırı qopub okeana düşür. Aysberqlər adlanan bu böyük buz parçalarının uzunluğu bəzən 100 km-ə, hündürlüyü isə 200 metrə çatır.

Atlantik okeanının heyvanlar aləmi digər okeanlara nisbətən kasıbdır. Bu da okeanın nisbətən cavan olması və buzlaşma zamanı onun iqliminin kəskin dərəcədə soyuqlaşması ilə izah oluna bilər. Növlərin azlığına baxmayaraq okean balıq və digər su heyvanları ilə zəngindir. Atlantik okeanının hər iki sahilində inkişaf etmiş ölkələr yerləşir. Atlantik okeanı bu ölkələr arasında iqtisadi əlaqələr yaratmaq üçün mühüm nəqliyyat yoludur. Atlantik okeanının balıq və digər dəniz məhsullarından geniş istifadə olunur. Ən çox okeanın şimal hissəsində balıq tutulur. Atlantik okeanının şelf zonalarında, xüsusilə Venesuela, Biskay, Meksika körfəzlərində və Şimal dənizində böyük neft yataqları aşkar edilmişdir. Bundan başqa Florida sahillərində fosforit hasil edilir.

Atlantiksahili dövlətlər

[redaktə | mənbəni redaktə et]

Atlantik okeanı sahilindəki dövlətlər Atlantik okeanı və onun tərkibinə daxil dənizlərin sahillərində 94 ölkə yerləşir. Bu ölkələr aşağıdakılardır.

ABŞ, Albaniya, Almaniya, Anqola, Antiqua və Barbuda, Argentina, Baham adaları, Barbados, Beliz, Belçika, Benin, Bolqarıstan, Bosniya və Herseqovina, Braziliya, Böyük Britaniya, CAR, Monteneqro, Çili, Danimarka, Dominika, Dominikan Respublikası, Ekvatorial Qvineya, Estoniya, Əlcəzair, Fələstin, Kot-d’İvuar, Finlandiya, Fransa, Gürcüstan, Haiti, Honduras, Xorvatiya, İsrail, İrlandiya, İslandiya, İspaniya, İsveç, İtaliya, Kabo-Verde, Kamerun, Kanada, Kipr, Kolumbiya, Konqo Demokratik Respublikası, Kosta-Rika, Kuba, Qabon, Qayana, Qambiya, Qana, Qvatemala, Qvineya, Qvineya-Bisau, Qrenada, Latviya, Liberiya, Livan, Liviya, Litva, Mavritaniya, Malta, Mərakeş, Meksika, Misir, Monako, Namibiya, Nigeriya, Niderland, Nikaraqua, Norveç, Panama, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Qərbi Sahara, San-Tome və Prinsipi, Seneqal, Sent-Kits və Nevis, Sent-Lüsiya, Suriya, Sloveniya, Surinam, Syerra Leone, Toqo, Trinidad və Tobaqo, Tunis, Türkiyə, Şimali Kipr Türk Respublikası, Ukrayna, Uruqvay, Venesuela, Yamayka, Yunanıstan.

  1. http://www.ngdc.noaa.gov/mgg/global/etopo1_ocean_volumes.html.