Sirokko — Aralıq dənizi hövzəsində cənub və cənub-şərq istiqamətində əsən güclü, isti külək.
Sirokko Appenin yarımadasına və Balkan yarımadasının qərb hissəsinə adətən rütubətli hava, Ərəbistan yarımadasına və Mesopotamiyaya isə quru və tozlu hava gətirir.