Sirr (qrup)

SirrSumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri.[1] 2003-cü ildən 2015-ci ilə qədər fəaliyyət göstərib. 3 illik fasilədən sonra 2018-ci ildən fəaliyyətlərini bərpa ediblər. İbrahim Emin tərəfindən yaradılmış 3 qrupdan biri.

Sirr
Loqonun şəkli
Anar Əliyev, Orxan Culfa, Oqtay Abdullayev, İbrahim Emin, Cahangir Ağayev
Anar Əliyev, Orxan Culfa, Oqtay Abdullayev, İbrahim Emin, Cahangir Ağayev
Əsas məlumatlar
Üslub hevi-metal, blyuz
Fəaliyyət illəri 2003–2015; 2018 - günümüzədək
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Sumqayıt
Heyət Oqtay Abdullayev
Eldəniz Mirzə
Cahangir Ağazadə
Elçin Emin
Keçmiş üzvlər İbrahim Emin
Anar Əliyev
Orxan Culfa
Zaur Cavadov

Qrup 2003-cü ildə Türkiyədən geri dönən İbrahim Emin tərəfindən Sumqayıt şəhərində yaradılıb.[2] Qrupa ilk qoşulanlar Eldəniz Mirzə, Oqtay Abdullayev və Cahangir Ağayev olub. Oqtay Abdullayev qrupa ilk olaraq zərbçi kimi daxil olsa da daha sonra vokalist kimi çıxış etməyə başlayır. Zərbçi olaraq isə Cahangir Ağayev qrupa daxil olur.

İlk studiya işləri blüz janrında olan "Ömür" mahnısı olub. 2007-ci ildə isə qrupun yeni demo-mahnıları ərsəyə gəldi. 2008-ci ildə qrupun "Yaşamaq gözəldir" mahnısı yazılıb. Daha sonra isə qrupa Anar Əliyev və Orxan Culfa qoşulur. 2012-ci ildə isə "Yoruldum" mahnısı klip ilə birlikdə təqdim olundu.[3]

Sonradan İbrahim Emin səhhəti ilə əlaqədar qrupa başqa basistin dəvət olunmasını məsləhət görür və qrupa Zaur Cavadov qatılır. Bir neçə konsertdən sonra 2014-cü ildə qrupun 8 mahnılıq "Yoruldum" adlı albomu işıq üzü görür.[4] 2015-ci ildə qrup fəaliyyətini dayandırır.[5]

2018-ci ildə qrupun yaradılmasında iştirak edən ilk üzvlər yenidən bir araya gələrək qrupun fəaliyyətə başladığını elan ediblər. 2018-ci ildə İbrahim Eminlə birlikdə son konsertlərini veriblər. 2019-cu ildə isə İbrahim Eminlə birlikdə Yalan mahnsının studiyada yazıblar. Bu da İbrahim Eminin qrupla olan son studiya işidir.

2021-ci ildə qrupun sözləri və musiqisi Elçin Eminə aid olan və İbrahim Eminə həsr edilmiş "Sirli Yuxu" mahnısı təqdim edilir. Akustik formada yazılan mahnını gitarada Şirqasım Canməmmədov, klavyedə Vüsal Mehdizadə, vokalda isə Oqtay Abdullayev ifa edib.[6]

2022-ci ildə qrup yenidən aktiv fəaliyyətini bərpa edir.

Qrup 2022-ci ildə İbrahim Eminin son studiya işi olan "Yalan" mahnısını tamamlayıb, klip ilə birgə təqdim ediblər.[7]

Qrup 2022-ci ildə “Xəzərin Sahilində”, “Bir Sabah” adlı rok festivallarında uğurla çıxış edir. 2023-cü ildə yenidən “Xəzərin sahilində” rok festivalında çıxış edir.

Həmin ilin iyun ayının 18-də qrupun yaradıcısı İbrahim Eminin 60 illiyi yubileyi ilə əlaqədar yubiley konserti verir. Konsertdə alboma daxil olan mahnılarla bərabər yeni mahnılarını da təqdim edir.

Sirr qrupunun son tərkibi belədir:

  • Oqtay Abdullayev – vokal
  • Eldəniz Mirzə – gitara
  • Cahangir Ağazadə – zərb aləti
  • Elçin Emin – bas gitara

Daha əvvəl qrupdan ayrılmış üzvlər[8]:

  • İbrahim Emin – bass-gitara
  • Anar Əliyev – gitara
  • Orxan Culfa – gitara
  • Zaur Cavadov – bass-gitara
  • Vahid Kərimov - klavye
  1. Ömür
  2. Yaşamaq Gözəldir
  3. Yaşa Ruhumda
  4. Şamdan
  5. Söylə Adın Nə
  6. Bir Payız Səhəri
  7. Yoruldum
  8. O Deyir
  9. Sirli Yuxu
  10. Yalan
  1. Ramil Zeynallı. "Azərbaycanın ilk rok qrupunun yaradıcısı vəfat edib" (az.). APA . 2 iyul 2019. 20 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2022.
  2. Elşən Gəncəvi. "Bir yuxu kimi və Azərbaycan roku..." (az.). azxeber.com. 13 fevral 2012. 4 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2022.
  3. Sirr - Yoruldum (YouTube). Bakı: Orkhan Julfa. 15 noyabr 2012. 2014-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-20.
  4. Nurlan Babazadə, Ləman Səfərli. "Azərbaycan rokunun "Yuxu"su indi haradadır?" (az.). bbc.com. 8 iyul 2016. 11 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2022.
  5. Nurlan Baba-zade. "Azərbaycan rokunun "Yuxu"su" (az.). chaikhana.media/az. 9 iyul 2016. 20 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2022.
  6. Sirr - Sirli Yuxu (YouTube). Bakı: Sirr Qrupu ♪. 18 may 2021. 20 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2022.
  7. Sirr - Yalan (YouTube). Bakı: Sirr Qrupu ♪. 9 aprel 2022. 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-20.
  8. "Rok-n-roll şəhəri Sumqayıtdan xəbərlər var!" (az.). rockzone.az. 26 dekabr 2011. 26 aprel 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2022.