Sirrli və müəmmalı Dədə-Qorqud


Sirrli və müəmmalı Dədə-Qorqud — Bir çox alimlər Nüvə erası başladıqdan sonra Yer üzərində baş vermiş qlobal fəlakətlərin izlərini və onların müxtəlif xalqların eposlarındakı təsvirini öyrənərkən belə qənaətə gəlmişlər ki, uzaq zamanlarda Yerdə qlobal nüvə müharibəsi baş verib. Onlar belə hesab edirlər ki, nüvə silahına ya yerin yox olmuş sivilizasiyasının nümayındələri, ya da başqa planetlərdən gəlmələr sahib olmuşlar. İfrat güclü nüvə fəlakəti haqqında dəlillər bir çox qədim xalqların epos və əfsanələrində var. Bu kitabda məlumatların tədqiqatı aparılıb və belə nəticəyə gəlinib ki, müasir alim fiziklər üçün nüvə partlayışı ən aydın Azərbaycan xalqının qəhrəmanlıq eposu "Kitabi-Dədə Qorqud" un ("Mənim babam Qorqud") ikinci hissəsində təsvir edilib. Əldə olunmuş materialın təhlili belə nəticəyə gəlməyə əsas verir ki, "Mənim babam Qorqudun kitabı" eposunun və ya onun ayrı-ayrı mahnılarının yaranma tarixini yuxarıda gətirilən analoji hadisələrlə əlaqələndirərək, nüvə fəlakətlərini xatırladan fəlakətlərin baş vermə səbəblərinin dərinliklərinə vurmadan ən azı 2000 il əvvələ çəkmək lazımdır.

Sirrli və müəmmalı Dədə-Qorqud
Müəllif Çingiz Qacar
Orijinalın dili Azərbaycan və rus
Ölkə Azərbaycan
Nəşriyyat AMEA Fizika İnstitutu Elmi-Kütləvi Kitabxana
Nəşr Azərbaycan Mədəniyyət Fondunun dəstəyi ilə nəşr olunub
Səhifə 16