Sisifos

Sisifos - qədim yunan mifologiyasında sonsuza qədər nəhəng qayanı təpənin ən yüksək nöqtəsinə yuvarlamağa məhkum edilmiş kral. Qaya təpənin başına çatmasına az qalmış yenidən yuvarlanıb aşağı düşür və Sisifos təkrar-təkrar heç dayanmadan qayanı yuxarı qaldırmağa davam edir. Müasir dövrdə, Sisifos səmərəsiz əməyin, nəticəsiz işin sinonimi kimi işlənir.

Qədim yunan mifologiyasına görə, Sisifos qalasının içindən çay axıtmasına qarşılığı olaraq çay ilahı Asoposa qızı Aiginanın Zevs tərəfindən oğurlandığını deyərək Zevsi ələ verir. Bu satqınlıq qarşısında çox əsəbləşən Zevs ölüm mələyi Tanotosu Sisifosu yeraltı dünyasında (Tartarda) zəncirləməsi və sonra da canını alması üçün göndərir. Sisifos zəncirlənərkən Tanatosdan zəncirləri necə tutmalı olduğunu soruşur. Tanatos Sisifosun yerini alaraq ona zəncirləri necə tutmalı olduğunu göstərərkən Sisifos cəld onu zəncirə vurur[1]. Sonra isə yeraltı dünyadan canlılar dünyasına qayıdır.

Ölüm zəncirləndiyi üçün heç kəs ölmür, döyüşlər maraqsızlaşır, dünyada xaos başlayır[2]. Belə vəziyyətdə ölüm mələyini azad etmək üçün Zevs özü məsələyə qarışmalı olur.

Daha sonra Ares tərəfindən tutulub yeraltına aparılmazdan əvvəl Sisifos arvadına onun üçün yas mərasimi təşkil etməməsini tapşırır. Ares Sisifosu Aidin hüzuruna çıxaranda Sisifos üzr istəyir və onun üçün yas tutmayan arvadından intiqam almaq üçün Aiddən bir günlük icazə istəyir[3]. Aid ona icazə verdikdən sonra Sisifos arvadı ilə birlikdə qaçır. Beləliklə, Sisifos ikinci dəfə ölümdən qurtulur.

Sisifos hiyləgərliyi və ağlı ilə şöhrət qazanmış, ölümü, hətta Aidi aldatmışdır. Buna görə də, Homer onu "insanları ən hiyləgəri" olaraq adlandırmışdır[4].

Sisfos qocalana qədər tanrıların əlinə keçmədi. Çox qocalanda isə xəbərçi tanrı Hermes onu yeraltı dünyasına sürüklədi. Zevs qərarını verdi. Sisifos son nöqtəyə çatmağa az qalmış yenidən aşağıya yuvarlanan qayanı sonsuza qədər təkrar-təkrar yuxarı qaldırmağa davam etməlidir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Homer (trans. M.Hammond). The Iliad. Penguin Classics, 1987
  • Homer (trans. E.V.Rieu). The Odyssey. Penguin Classics. 1991

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.tzv.org.tr - Ölümü Yenen Bir Ölümlü: Sisifos. İstifadə tarixi:14.08.2023
  2. https://www.bilgipedia.com.tr - Sisifos. İstifadə tarixi: 14.08.2023
  3. https://onedio.com -Keskin Zekâsıyla Tanrıları Bile Dize Getirmiş Olsa da Sonunda Paçayı Kaptırarak Ağır Bir Cezaya Mahkûm Edilen Kral: Sisifos. İstifadə tarixi: 14.08.2023
  4. https://www.worldhistory.org - Sisifos. İstifadə tarixi: 14.08.2023