Sistola (yun. sistoli – yığılma yaxud qısalma[1]) — ürək dövrünün fazası, ürək vurğusu zamanı ürəyin sağ və sol mədəciklərinin əzələsinin yığılması nəticəsində qan sağ mədəcikdən ağciyər arteriyasına, sol mədəcikdən isə aortaya qovulur. Bu zaman ürəyin aorta və ağciyər arteriyası qapaqcıqları açılır, sol ikitaylı və sağ üçtaylı qapaqcıqlar qapanmış olurlar. Nəticə etibarilə yaranan təzyiq sistolik təzyiq adlanır. Sistolik təzyiq ürək əzələsinin qüvvəsindən və onun qovduğu qanın həcmindən, eyni zamanda damar divarlarının müqavimətindən asılıdır. Adətən ürək dayanmaları diastola fazasında baş verir. Yalnız hiperkalimiyalı (qan zərdabında K++ ionunun miqdarının normadan artıq olması) ürək dayanmaları sistola fazasında baş verir.
Sistola fazasının başlanması:
Sistola fazasının bitməsi: