Sağ mədəcik

Sağ mədəcik (lat. Ventriculus dexter) — üçbucaqlı piramidaya bənzəyir; bunun əsəsı sağ qulaqcığa və zirvəsi aşağı doğru baxır. Sağ mədəcikdən ağciyər kötüyü başlandığı üçün iki hissəyə bölünür; dal hissəsi tam mənada mədəcik boşluğunu təşkil edərək sağ qulaqcıq ilə rabitədə olur; qabaq hissəsi isə konusa ya qıfa bənzədiyi üçün (lat. conus arteriosus s. infundibulum) adlanır. Bunlar bir-birindən əzələvi bir daraq — (lat. crista supraventricularis) vasitəsilə ayrılmışdır. Qurluş cəhətcə konusun fərqi bundadır ki, burada ətli atmalar yoxdur, divar hamardır. Sağ mədəcik divarlarınada bir çox ətli atmalar — (lat. trabeculae carneae) və üç ədəd məməyəbənzər əzələ — (lat. mm. papillares anterior, posterior et septalis) vardır. Məməyəbənzər əzələlərdən biri ön və yan tərəfdə, digəri arxa və yan tərəfdə və üçüncüsü içəri tərəfdə (mədəciklər arası arakəsmədə) yerləşmişdir; bunlardan başqa bəzən bir neçə əlavə məməyəbənzər əzələlər də təsadüf olunur.

Sağ mədəcik
Sağ mədəcik
Sağ mədəcik
[[File:
Sağ mədəcikSol mədəcikAorta qapağıİkitaylı qapaqSol qulaqcıqSağ qulaqcıqAortaAğciyər kötüyü qapağıÜçtaylı qapaqAşağı boş venaYuxarı boş venaAğciyər arteriyasıAğciyər venaları
|frameless|300x300px|Ürəyin diaqramması]]
Ürəyin diaqramması
Latınca ventriculus dexter
Qrey subyekt 138 531
Arteriya Sağ tac arteriyasının marginal şaxəsi.
Embrional İbtidai mədəcik, ürək soğanağı
MeSH Heart+Ventricles

Sağ qulaqcıq-mədəcik dəliyi sağ qulaqcıq-mədəcik qapağı ya üçtaylı qapaq (trikuspidal qapaq) — (lat. valva atrioventricularis dextra s. tricuspidalis) ilə örtülmüşdür. Bunu təşkil edən tayların biri öndə — (lat. cuspis anterior), digəri dal tərəfdə — (lat. cuspis posterior) və üçüncü içəri tərəfdə — (lat. cuspis septalis (cuspis medialis — BNA)) olur. Bunların şəkli üşbucağa bənzəyir: əsasları qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqaya — (lat. anulus fibrosus) və kənarları ilə zirvələri vətər telləri — (lat. chordae tendineae) vasitəsilə mədəcik divarına və ya məməyəbənzər əzələlərə bağlanmışdır.

Lifli halqa — (lat. anulus fibrosus) lifli birləşdirici toxumadan təşkil olaraq qulaqcıq-mədəcik dəstəsi — (lat. fasciculus atrioventricularis) keçən yerdən başqa tamamilə qulaqcıqların əzələ qişasını mədəciklərin əzələ qişasından ayırır. Lifli halqanın yan ucları bir qədər qalınlaşaraq üçbucaq şəklini alırlar və (lat. trigona fibroza) adlanırlar.

Ağciyər kötüyünün sağ mədəcikdən başlanan ucu, yəni ağciyər kötüyü dəliyi ağciyər kötüyü qapağı — (lat. valva trunci pulmonalis (valvulae semilunaris art-ae pulmonalis — BNA)) ilə tutulmuşdur. Bu qapaq üç aypara qapaqcıqdan təşkil olunmuşdur; bunlardan biri ön tərəfdə — (lat. valvulae semilunaris anterior), digəri sağ tərəfdən — (lat. valvulae semilunaris dextra) və üçüncüsü sol tərəfdən — (lat. valvulae semilunaris sinistra) yerləşmişdir. Aypara qapaqcıqlar dəliyi örtərkən cib şəklini alırlar; bu ciblərə ağciyər kötüyü cibləri — (lat. sinus trunci pulmonalis) deyilir. Qapaqcıqların çıxıq səthləri mədəciyə və basıq səthləri damara doğru baxır. Hər aypara qapağının azad kənarlarının ortasında kiçik bir düyüncük — (lat. nodulus valvulae semilunaris (Arantii — BNA)) vardır, bununyan tərəfində qapaqcığın azad kənarları nazik bir halda qalaraq aycıq — (lat. lunula valvulae semilunaris) adlanır. Mədəcik sistola edərkən ağciyər kötüyü qapağı açılıb qanı ağciyər kötüyünə buraxır; aypara qapaqcıqların ortasında yuxarıda göstərilən düyüncüklər olduğu üçün onlar, tamamən damarın divarına söykənmir; beləliklə mədəciyin diastolası zamanı damarda olan qan artıq təzyiq ilə aypara qapaqcıqların ciblərinə dolur, nəticədə bunlar bir-birinə yaxınlaşaraq ağciyər kötüyü dəliyini möhkəm qapayırlar; ayparalar yaxınlaşdıqda onların nazik kənarları (aycıqları) bir-birinə sıxılaraq qanın damardan mədəciyə qayıtmasına mane olur.