Sitkinak adası

Sitkinak adası (ing. Sitkinak Island) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak adasından cənubda yerləşən ada. Kadyak arxipelaqına daxildir.

Sitkinak adası
ing. Sitkinak Island
Ümumi məlumatlar
Sahəsi 235,51 km²
Əhalisi 0 nəfər (2000-ci il)
Yerləşməsi
56°32′53″ şm. e. 154°09′33″ q. u.
Ölkələr
Akvatoriya
Sitkinak adası xəritədə
Sitkinak adası
Sitkinak adası
Sitkinak adası xəritədə
Sitkinak adası
Sitkinak adası

Tuqidak adası ondan qərbdə yerləşir. Bu iki böyük ada, eləcə də bir sıra kiçik adalar birlikdə Triniti adalarını təşkil edir. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kodyak-Aylend borosuna aiddir. İlk dəfə 1826-cı ildə rus qütb tədqiqatçısı Sarıçev tərəfindən qeydə alınır. Daha sonra 1827-ci ildə admiral İvan Kruzenştern tərəfindən qeyd edilmiş və nəhayət 1852-ci ildə rus hidroqrafı Tebenkov tərəfindən müasir adla xəritəyə salınmışdır.

Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir. Adanın sahəsi 235,51 km²-dir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 61 m yüksəklikdədir. Daimi əhali yoxdur[1].