Siyasətdə sol və sağın bölünməsi

Siyasətdə sol və sağın bölünməsisiyasi mövqelərin, ideologiyalarınpartiyaların təsnifləşdirmə sistemi. Baxmayaraq ki, müəyyən bir şəxs və ya qrup bir mövzuda solçu mövqe, başqa bir mövzuda sağçı mövqe tuta bilər, solçuluq və sağçılıq adətən bir-birlərinə zidd olaraq göstərilir. Həmçinin, bəzi mövqelər üst-üstə düşə bilər və ideologiyadan asılı olaraq həm solçu, həm də sağçı mövqe kimi qiymətləndirilə bilər.[1] Bu terminlər Fransada yaradılmışdır. Sol "hərəkət partiyası", sağ isə "intizam partiyası" adlandırılmışdır.[2][3][4] Aralıq mövqe mərkəzçilik, bu mövqeni tutan şəxs isə mərkəzçi və ya mötədil adlanır.

Ümumiyyətcə qəbul edilib ki, solçulara tərəqqipərvərlər, yaşıllar, kommunistlər, sosial-demokratlar, sosialistlər, sindikalistlər, sosial liberallar, demokratik sosialistlər, solçu libertarianistlər, sekulyaristlər, avtonomistlər, antiimperialistlər, antikapitalistləranarxistlər daxildir.

Ümumiyyətcə qəbul edilib ki, sağçılara mühafizəkarlar, mürtəcelər, yeni mühafizəkarlar, milliyətçi demokratlar, eləcə də kapitalistlər, sağçı liberallar, sağçı libertarianlar[a], milliyətçilər, sosial avtoritarlar, monarxistlər, teokratlarsağçı populistlər daxildir.

  1. Buna anarxo-kapitalistlər də daxildir.
  1. Milner, Helen. "Partisanship, Trade Policy, and Globalization: Is There a Left–Right Divide on Trade Policy" (PDF). International Studies Quarterly (ingilis). 2004. doi:10.1111/j.0020-8833.2004.00293.x. 2017-06-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 aprel 2019.
  2. Nep, 2001. səh. 10
  3. Qarfinkl. Telltale Hearts: The Origins and Impact of the Vietnam Antiwar Movement (ingilis). Palgrave Macmillan. 1997. səh. 303. (#accessdate_missing_url)
  4. Brod, Rocer. Labour's European Dilemmas: From Bevin to Blair (ingilis). Palgrave Macmillan. 2001. səh. 26. (#accessdate_missing_url)