Anarxizm

Anarxizm (q.yun. αναρχω – hakimiyyətsizlik) könüllü qurumlara əsaslanan özünü idarə edən cəmiyyətləri müdafiə edən siyasi fəlsəfədir. Bunlar əsasən dövlətsiz cəmiyyətlər olaraq təsvir olunur, lakin bəzi müəlliflərə görə bu qurumlar iyerarxiya olmayan azad birliklərdir. Anarxizm dövlətin arzu olunmaz, lazımsız və zərərli olduğu düşüncəsini əsas götürür. Anarxizm əsas xüsusiyyətlərini özünü dövlətə münasibətdə göstərir. Bu cərəyana özlərini aid edən insanlar üçün dövlət şər mənbəyidir (zülm, müharibələr, repressiyalar, sosial parazitizm) və sosial münasibətlərin radikal şəkildə mükəmməlləşdirilməsinin yolu dövlətin dağıdılmasından və ləğvindən keçir. Anarxistlər siyasi mübarizə vasitəsi olan partiya, təşkilatlar və s. qurumlara neqativ münasibət bəsləyirlər. Anarxistlər "birbaşa təsir" taktikasına, yəni vətəndaşların dövlət hakimiyyətinə qarşı yönəlmiş birbaşa kütləvi aksiyalarına, həmçinin "ölümlə təbliğat"a – terrorçuluğa çox ciddi əhəmiyyət verirlər. İndividualist anarxizmə görə, anarxizm siyasi mübarizə səviyyəsinə yüksəlmiş fərdi qiyamdır.

Kommunizm
Konsepsiyalar
Marksizm-Leninizm fəlsəfəsi

Sosializm
Beynəlmiləlçilik
Kollektivçilik
Sinfi mübarizə

İdeologiya
Utopik sosializm

Marksizm
Leninizm
Marksizm-Leninizm
Trotskizm
Titoizm
Çuçxe ideyaları
Maoizm
Ənvər Xoca ideyaları
Çe Qevaraçılıq
Ho Şi Min ideologiyası
Roza Lüksemburq ideyaları
Praçanda Yolu
Anarxo-kommunizm
Avrokommunizm

Şəxsiyyətlər
Tomas Mor

Henri Sen-Simon
Şarl Furye
Robert Ouen
Karl Marks
Fridrix Engels
Roza Lüksemburq
Vladimir Lenin
Lev Trotski
İosif Stalin
Mao Tsedun

Simvollar
Kommunizm hərəkatının rəmzləri
Baş mövzu
Anarxizm

Antikapitalizm
Antikommunizm
Müharibə kommunizmi
Demokratik mərkəziyyət
Proletariat diktaturası
İbtidai kommunizm
Sosializm
Stalinizm

Anarxizmin rəmzi

Anarxizmə onun cəmiyyətə təsirini və yayılmasını məhdudlaşdıran bəzi çatışmazlıqlar xasdır; bunlar mövcud ictimai institutlara və dövlətə alternativlər haqqında qeyri-müəyyən və utopik baxışlar, eyni zamanda, həddən artıq fərdiyyətçilik, nizamsızlıq, təşkilati zəifliklərdir. Lakin müasir cəmiyyətdə siyasi və sosial strukturların özündə belə hər zaman anarxik proqram və fəaliyyətləri qəbul edəcək və onlara meyillilik yaradacaq səbəblər və şərtlər mövcuddur; belə ki, həddən artıq bürokratizm bir çox hallarda dövlət əleyhinə əhval-ruhiyyənin geniş yayılmasına səbəb olur. Sosial və siyasi bərabərsizliyin mövcudluğu isə mülkiyyətin yenidən bölüşdürülməsi istəyinin güclənməsinə səbəb olur. İctimai davranışın sərtliyi və cəmiyyətdəki mühafizəkarlıq bir çox insanlar, xüsusilə də gənclər arasında kortəbii etirazlara səbəb olur və fərdi azadlıqlar uğrunda anarxist mübarizə meylini gücləndirir. Anarxizmin əsas ideyası, iyerarxik bir qurumun — dövlət, din, patriarxat quruluş ya da iqtisadi elitalar — lazımsız olmaqdan əlavə daxili olaraq insanın bacarığının maksimallaşdırılmasına bir maneə olduğu fikridir. Anarxistlər ümumiyyətlə insanların özlərini yaradıcılıq, birgə iş və qarşılıqlı hörmət təməllərində idarə edə bilmə bacarığına sahib olduqlarına inanırlar. Gücün daxili olaraq zərər verici olduğuna və iqtidardakıların qaçınılmaz olaraq öz mənfəətləri ilə maraqlandıqlarına və özlərini seçənlərin yaxşılığından çox öz güclərini artırmağı hədəflədiklərinə inanırlar. Anarxistlər ümumiyyətlə əxlaqın fərdi bir məsələ olduğuna və ABŞ konstitusiyası kimi sekulyar qanunlar, ya da dini bir nüfuz tərəfindən diktə edilmiş qanunlar olmasından çox, digər fərdlər və cəmiyyətin yaxşılığı üçün sahib olduqları marağa söykənməsi lazım olduğuna inanırlar. Anarxist fəlsəfələrin çoxunda hər fərdin öz davranışlarından məsul olduğu ifadə edilir. Patriarxal idarə şəklinə əsaslanan idarəçilər, insanları özləri üçün düşünmək və davranmaqdan çəkindirərək, elita zümrənin onların yerinə qərar verdiyi və ehtiyaclarını qarşıladığı bir sistemi diktə edir; bu da insanlığını itirmiş bir sürünü yaradır. Hakimiyyət özünü haqsız yerə, ən fundamental fərdi əxlaqi qərarların alınmasında belə ən son hakim olaraq qəbul edəndə, məsələn nə üçün öldürülə biləcəyi, ya da nə üçün ölməyə dəyər olduğu kimi mövzularda (məcburi əsgərlik və abortda olduğu kimi), insan azadlığı ölçülməz şəkildə məhdudlaşdırılmış olur.

Anarxistlər çox fərqli təzyiq növləri arasındakı əlaqələrin fərqindədirlər (seksizm, irqçilik, heteroseksizm, sinifçilik və milliyyətçi şovinizm kimi) və bu səbəblə də digərlərinin davam etdiyi bir mühitdə ancaq birinə qarşı mübarizədə sıxlaşmanın faydasızlığının da fərqindədirlər. Anarxistlər dünyanı dəyişdirmək üçün istifadə edilən vasitələrin, bacarılması arzulanan nəticələrə uyğun olması lazım olduğuna inanırlar. Anarxistlər rəsmi təşkilatların varlığının lazımlılığı və hələ də mövcud olan dağıdıcı qurumların ancaq şiddət hərəkətləri ilə məhv edilə biləcəyi kimi mövzularda fərqli fikirlərə sahib olmaqla birlikdə, çoxu yalnız mövcud sistemi yıxmağın bir məqsəd olmadığı, yerinə qurulması hədəflənən daha insani və ağıllı yeni bir sistemin yaradılmasının da əhəmiyyətli olduğuna inanırlar.

Bir çox müasir antropoloqlar ibtidai-icma quruluşu dövründə anarxizm olduğunu düşünürlər. Alberta Universitetində professor olan Harold Barclay bu anarxist dövrün min illər boyu davam etdiyini deyir. Feodal münasibətlərinin yarandığı dövrlərdə Çində Taoizm fəlsəfəsinin bir cərəyanı olaraq proto-anarxizm də görünür. Xüsusilə "Tao Te Çinq" əsərində ilkin təsirlər hiss olunur. Eramızdan əvvəl 300-cü illər Çinli filosof Bao Çinqyan imperatorların olmaması lazım olduğunu yazırdı. Qərbdə isə antik yunan fəlsəfəsinin nümayəndələri olan və eyni zamanda Stosizmin banisi Zeno və Kirenaik məktəbin banisi Aristip tərəfindən təbliğ olunurdu. Anarxiya sözünə bildiyimiz mənada ilk dəfə eramızdan əvvəl 476-cı ildə antik yunan dramaturqu Esxilin "Fiv əleyhinə yeddi sərkərdə" faciəsində rast gəlinir. Platon və Aristotel isə çox vaxt anarxiya ilə demokratiyanı bir tuturdular.

Tarixi inkişafı

[redaktə | mənbəni redaktə et]

Orta əsrlərin və yeni dövrün utopik əsərlərinin çoxu anarxist təfəkkürlə yaradılmışdır. Lakin bu təfəkkürlər bildiyimiz indiki anarxizm tipli deyildi. Bu düşüncələr daha çox dini məna daşıyırdı və əsasən də bu düşüncəli insanlar dini sektalarda toplaşırdı. Məşhur "Qarqantua və Pantaqruel" əsəri anarxist təfəkkürdə yazılmış əsərlərdən sayılır. Həmçinin hindu dövrü Amerikası da anarxiya hesab edilirdi. Anarxizm bildiyimiz mənada geniş şəkildə yalnız Paris inqilabından sonra istifadə edilməyə başladı.

Anarxizm nə deyil?

[redaktə | mənbəni redaktə et]

Anarxiyanın nə olduğunu göstərməkdən əlavə anarxiyanın nə olmadığını göstərmək də lazımdır.

Anarxiya kommunizm deyil. Anarxizm Marksist ideyalarla bir çox ortaq dəyəri daşısa da Marksist-Leninist düşüncədəki qruplar, anarxistlərin anti-avtoritar və fərdlərə maksimum azadlıq istəyən ideallarını tamamilə pozan partiya və proletariat diktaturası anlayışına ənənəvi olaraq əhəmiyyət verirlər. Ukrayna anarxistlərindən olan Nestor Maxno sürgündə yayımladığı "Delo truda" əsərində ixtisarla yazırdı:

"Kalinin keçən Rusiya Kommunist Partiyası 14-cü qurultayında Zinovyevin Buxarin və Ustrialovla eyni düşünmədiyini və tez-tez bərabərlik sözünü dediyini, bütün fəlsəfənin bərabərlik ideyası ətrafında qurulduğunu dediyinə görə əsəbləşdi və əlavə etdi: Kəndlilərlə fəhlələrin bərabərliyindən bəhs etmək olmaz, bu proletariat diktaturası məntiqi ilə əksdir. Kommunist olan və olmayan fəhlələrin bərabərliyindən də danışmaq olmaz. Çünki birincilər iki dəfə yüksək maaş alır. Kommunistlər arası bərabərlikdən də danışmayaq, fərqli vəzifələrdəkilər fərqli mövqe və fərqli maddi vəziyyətə sahibdir.

Çox uzun olmayan bir zaman öncə Bolşeviklər başqa dildə danışırdılar. Bu siyasi cinayətləri bərabərlik bayrağı altında və SSRİ adını verdikləri çarlıq uğrunda edirlər. Bütün bunlara Bolşevik tanrılarının qana susamışlığından basqa cür ad vermək olmaz" Anarxizm libertarianlıq da deyil. Libertarianlar anarxistlərə çox oxşayırlar. Hər iki düşüncəli insanlar fərdi azadlıq və dövlətin məhvini düşünən insanlardır. Libertarianlar isə fərdi azadlığa daha çox önəm verirlər. Bir çox libertarian həm də anarxo-kapitalistdir. Libertarianlar yeri gələndə dövlətçi olurlar. Bu düşüncədəki libertarianlar üçün dövlət sadəcə polis rolunu oynamalı və təhlükəsizliyi qorumalıdır. Belə libertarianlara minarxist deyilir. Yəni dövlətin minimum gücə endirilməsi. Libertarianlıqda kapitalizm bir iqtisadi sistem olaraq görülsə də, anarxiyada bu yoxdur.

Anarxizm liberalizm deyil. Liberalizmin bir çox azadlıq dəyərini rəhbər tutması anarxiya ilə qarışdırıla bilir. Liberalizm dövlətdə bəzi reformların (səs vermək, toplaşma azadlığı və s.) olmasını, anarxizm isə bütün çökmüş qurumların yenilənməsini və dövlət müdaxiləsinin heç bir formasını daşımayan birbaşa hərəkət yolu ilə daha insani bir sistemin yaradılmasının lazımlı olduğunu müdafiə edir, yəni dövlətin məhvini. Anarxistlər dövlətdə çevriliş üçün hiyerarxiyanın ləğv edilməsi lazım olduğunu desələr də, liberallar buna elə də önəm vermir. Anarxistlər dövlətdə haqsızlıq baş alıb gedərsə bunun çarəsini vəzifədəki adamları dəyişmək deyil, qurumu birbaşa ləğv etməkdə görürlər. Bəzi anarxistlər, kiçik və lokal inkişafların belə qiymətli olduğu düşüncəsi ilə səs versələr və kütləvi mitinqlərdə iştirak etsələr də, bunların keçid pillələri olduğunun, inqilaba çatmaq üçün əvvəlcə bu pillələri addımlamağın lazımi olduğunu düşünür.

Anarxizm nihilizm də deyil. Nihilizm anarxizmin ekstremal versiyası olub, zor gücü tətbiq etmə, dağıdıcılıq və "hamı özü üçün" ideyalarını daşıyır. Anarxizm tam olaraq nihilizm də olmadığı kimi dövlət və dövlətçi qüvvələr tərəfindən çox vaxt anarxizmin özü kimi qələmə verilir. Təbii ki, anarxiyanın xaos ilə eyni mənaya gəlmədiyini uyduranlar da hakimiyyət olmasa cəmiyyətin məhv olacağını düşünən insanlardır. Anarxistlər təsirli, mütəşəkkil və ədalətli bir cəmiyyətin hiyerarxik olmayan, mərkəzdən idarə edilməyən və iştirakçı təməllər üzərində müvəffəqiyyətli ola biləcəyini müdafiə edir.

Anarxizm demokratiya deyil. Demokratiya hər bir fərdin cəmiyyəti idarəetməsində söz sahibi olmasına deyilir. Lakin bu "idarəetmə" sadəcə illüziya olmaqda qalır. Çünki səs çoxluğu sistemi ilə tutaq ki, 49% adamın dediyi yox 51% adamın dediyi qəbul edilir və azlıq da çoxluğun qəbul etdiyi qanuna tabe olmağa məcbur olur. Anarxizmdə isə belə bir haqsızlıq yoxdur. Kollektivist anarxizmdə kommunalar ortaq olaraq qanun qəbul etsə də, individual anarxizmə görə "eqoistlər birliyi" adlanan kommunaya bənzər qurumlar qərarları hər fərdin özünün seçdiyi formada təkcə özünə aid alır.

Anarxizmin qolları və nümayəndələri

[redaktə | mənbəni redaktə et]

İndividualist anarxizm — Alman filosof Maks Ştirner tərəfindən qurulmuşdur. Maks Ştirner Hegel məktəbinin yetirməsi idi. Lakin o Hegelin davamçıları olan Karl Marks və Fridrix Engelsdən ayrılmışdır. Marks kommunizmin, Ştirner isə individual anarxizmin əsasını qoymuşdur. Marks və Ştirnerin arasını yumşatmaq üçün Engels Marks’a Ştirneri "Azad olmuşlar içində ən müstəqili, ən bacarıqlısı və ən çalışqanı" olaraq göstərir. İndividualist anarxiya fərdin kütlədən daha önəmli olduğunu əsas tutan fəlsəfi cərəyandır. Emil Armand, Henri Toro kimi şəxslər tanınmış individualistlərdir.

Anarxo-kapitalizm — Şəxsi mülkiyyətin dövlət nəzarəti olmadan idarəsinə, iqtisadiyyatın siyasətlə yox qanunla idarə olunmasının tərəfdarı olan anarxist düşüncəsidir. Herbert Spenser ən tanınmış anarxo-kapitalistlərdəndir.

Kollektiv və Kommunist anarxizm — Fərqli anarxiya ideyalarıdır. Birinci cərəyan inqilabın başlanğıcını şəxsi mülkiyyətin ləğvində, ikinci cərəyan isə pulun ləğvində görür. Ən çox anarxist kollektivist anarxistdir. Bu cərəyanın və ümumiyyətlə anarxizmin ən böyük nümayəndəsi Mixail Bakunindir.

Anarxo-nasizm — "Milli dövlət" anlayışını rədd edən bu cərəyan Böyük Britaniyada yaranmışdır. Troy Southgate tərəfindən yaranan bu cərəyanın əsas hədəfi millətlərin bir-birindən aralı, dövlətsiz şəkildə qəbilə halında yaşamasıdır. 1998-ci ildə Milli İnqilabi Fraksiya adını verdiyi qurumla Böyük Britaniya dövlətçiliyinə son vermək istəsə də 2003-cü ildə fraksiyanı dağıtmışdı.

Anarxo-feminizmFeminizm ilə anarxizmin ideallarını birləşdirir. Anarxo-feministler qadının sərbəstləşməsi və patriaxatın rolu üzərində klassik anarxistlərdən daha çox dayanırlar. Hər anarxo-feminist qadın olmur.

Və bunlar kimi daha çox qol.

Anarxiya və din

[redaktə | mənbəni redaktə et]

Anarxizm ilk olaraq Katolik kilsəsinə etiraz olaraq dini inkar edirdi çünki dövlətin bir nömrəli dəstəkçisi idi. Elə 1800-cü illərdə anarxistlərin şüarı — Ni Dieu ni maître! — Nə Allah nə də ağa! yarandı. Özünə anarxist deyən ilk insan olan Pyer Prodoun da "Allah pisdir" cümləsini yazmışdı. Emma Qoldman açıq şəkildə anarxizmin dinə müharibə elan etdiyindən yazırdı çünki anarxizm insanın hər cür buxovdan azad olmasını nəzərdə tutan ideologiyadır. Din də bu buxovlardan biridir. Bütün bunlara baxmayaraq buddist-anarxistlər, xristian-anarxistlər, iudaist-anarxistlər və müsəlman-anarxistlər də mövcuddur. İslamda ilk anarxizm izləri "Xaricilik" cərəyanında görünür. Onlar yüksək xəlifəlik və imamlıq vəzifəsinə İslam ehkamını bilən hər bir mömin müsəlmanın, hətta zəncinin seçilə biləcəyini deyirdi.