Skambus kolobata

Skambus kolobata (lat. Scambus calobata) — Buğumayaqlılar tipinin Zarqanadlılar dəstəsinin İxnevmonidlər fəsiləsinə aid olan növ.

Skambus kolobata
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Abşeron yarımadasında geniş yayılmışdır. Hər bir yaşıllıq sahəsində çiçəkli bitkilər üzərində ona rast gəlmək olur. Toplanmış materiallara əsasən, müəyyən edilmişdir ki, o, tək ipəksarıyanın, qızılqarın kəpənəyin, valehedici gözəlçənin və yemişan kəpənəyinin tırtıllarını yoluxdurur. Parazit ikinci və üçüncu yaş tırtılların hər birinin üzərinə bir ədəd yumurta qoyur. Yumurta qoyulandan 3-4 gün sonra onlardan sürfələr çıxır. Parazitin sürfələri 5-6 gün sahibin bədən möhtəviyyatı ilə qidalandıqdan sonra pup mərhələsinə keçir. Pup mərhələsi 10-12 gün çəkir. Ümumi inkişaf müddəti 20-25 gün davam edir. İmaqo mərhələsində ağacların qabığı altında qışlayır. Parazitlər may ayının birinci ongünlüyündən iyul ayının axırınadək fəaliyyət göstərirlər. Təbiətdə, yaşıllıq sahələrindəki çiçəkli ot bitkiləri (xüsusilə yonca bitkisi) üzərindən toplanmışdır. Aparılan hesablamalara əsasən, tək ipəksarıyanın tırtılları parazitlə 32-37,3%, qızılqarın kəpənəyin tırtılları 20-23,3%, valehedici gözəlçənin isə 26-30 % yoluxmuşlar. Ümumiyyətlə, Abşeron bölgəsinin gülçülük və bağ sahələrində Scambus calobota paraziti, zərərvericilərin sayının aşağı düşməsində mühüm rol oynayır. Aydın olmuşdur ki, həyətyanı sahələrdə parazitin fəaliyyəti daha çox nəzərə çarpır. Çünki həyətyanı sahələrdə olan ağac və kol bəzək bitkilərində heç bir kimyəvi mübarizə tədbiri aparılmır. Parazit ildə iki nəsil verir. Birinci nəsil, təkipəksarıyanın kiçik yaşlı tırtılları üzərində, ikinci nəsli isə müşahidələrimizə əsasən qızılqarın kəpənəyin və valehedici gözəlçənin tırtılları üzərində inkişaf edir.[1]

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Parazitin təsərrüfat əhəmiyyəti olduqca böyükdür. Ondan zərərvericilərə qarşı bioloji mübarizədə istifadə etmək mümkündür. Yüksək dərəcədə paraktiki əhəmiyyəti var.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

Orta Avropa, Cənubi Avropa, Keçmiş SSRİ-nin cənub hissəsində (Çelyabinsk vilayətində), Tunisdə, Azərbaycanda isə Abşeronda (Mərdəkan) geniş yayılmışdır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu. Bakı, 2013.
  • Azərbaycan heyvanlar aləmi. II-buğumayaqlılar. Bakı, Elm, 2004, -388s.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu. Bakı, 2013.