Scolia quadripunctata (lat. Scolia quadripunctata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin scoliidae fəsiləsinin scolia cinsinə aid heyvan növü.
Skoliya quadripunktata | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Dəstə: Ranqsız: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Skoliya quadripunktata |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Bədəni 9–10 mm uzunluqda olub, qara rəngli və tüklüdür. 4 ədəd, nadir hallarda 2 ədəd sarı nöqtəsi olur.[1]
S.quadripunctata F. səhər saatlarında, 20–21°C temperaturda, Campsoscolia interrupta F. isə səhər vaxtı 27–28°C temperaturda uçmağa başlayır. Skolilərin maksimal fəallığı 28–40°C temperaturlarda qeydə alınır.[2]Abşeron yarımadasının yaşıllıqlarından, o cümlədən bəzək bitkiləri əkilən sahələrdən yığılan materiallara və müşahidələrə əsasən, Abşeronda rast gəldiyimiz zarqanadlılar dəstəsinin scolidae fəsiləsindən olan bu parazit, sahibin sayının aşağı düşməsində demək olar ki, parazitlər içərisində perspektivli parazitlərdən biri hesab olunmuşdur. Ona görə də bu növün bioekoloji xüsusiyyətləri bir qədər geniş öyrənilmişdir. Dekorativ ağac və kol bitkilərinin kök hissəsində torpaqdan yığılan böcək sürfələrindən çıxan və entomoloji torba ilə yığılan materiallara əsasən, parazitlərin təbiətdə uçuşu iyun- iyul aylarında baş verir və 30–35 gün çəkir. Laboratoriya şəraitində lövhəbığların 0,5 litrlik şüşə qabda yerləşdirilən 5 ədəd sürfəsi yanına buraxılan parazitlər cütləşməyə və 5–6 saatdan sonra isə yumurta qoymağa başlayırlar. Müşahidələrə əsasən, dişi fərdlər, sahib sürfələrinin qidalandığı hissəyə toplanırlar və şüşə qabda olan torpaqdan istifadə edərək, bığcıqları vasitəsilə sürfələrin torpağın hansı hissəsində olduğunu hiss edir və həmin yerə girərək iynəsi vasitəsilə sahibi sancıb paralic vəziyyətinə salırlar. Paralic halında olan sürfə hərəkətsiz qalır. Bu vəziyyətdə parazit onu dartıb düzəltdiyi torpaq yuvaya salır və üstünü ifraz etdiyi şirə ilə örtür, onun üzəri ilə bir neçə dəqiqə hərəkət etdikdən sonra, hər bir sürfənin qarın nahiyyəsində olan axırıncı seqmentə bir ədəd yumurta qoyur. Yumurta, böcəyin 3-cü yaş sürfəsi üzərinə qoyulur. Yumurta mərhələsinin inkişafı 3–4 gün çəkir. Yumurtadan çıxan sürfə həmin andan sahibin bədənində olan möhtəviyat ilə qidalanmağa başlayır. Sürfənin qidalanması çox sürətlə gedir və tez böyüyür. onun qidalanması nəticəsində, böcək sürfəsinin ancaq baş dəri qatı qalırr. Sürfələr 3 yaş dövrü keçirirlər. Gündəlik temperatur 26–320C olduqda sürfələrin inkişafı 10–12 gün çəkir. Sürfə mərhələsi qurtardıqdan sonra ellipsvari baramalar içərisində puplaşırlar. Ədəbiyyat məlumatlarına əsasən təbiətdə baramalar torpağın 20–40 sm-də, bəzən də 10–12 sm-də rast gəluinir. Torpağın 5 sm-də 60% nəmişlikdə puplaşırlar. Pup mərhələsi, 28–300C temperaturda 18–22 gün çəkir, sonra parazitlər torpaqdan çıxırlar. Əvvəl tək-tək, havanın temperaturu artdıqca, yəni torpaq qızdıqca, parazitlərin uçuşu sürətlənir. Laboratoriya şəraitində əlavə qidalanması üçün nektarlı bitkilərdən istifadə edilmişdir. Ərik, heyva və şaftalı çiçəkləri ilə 15–20 gün qidalana bilirlər. Şüyüd və yonca bitkisinin şirəsi ilə 10–12 gün qidalandıqdan sonra ölmüşlər. Qidasız isə 5–6 gün yaşayır. Bir ildə 3–4 nəsil verir. Ədəbiyyat məlumatlarına əsasən Ümumittifaq bitki mühafizə institutunda xüsusi qəfəsləedə bu parazitin may böcəyi və s. xırıldaq böcəklərin üzərində çoxaldılması yaxşı nəticələr vermişdir. Lövhəbığların sayının 40–50% asağı düşməsinə səbəb olmuşdur. Ədəbiyyat məlumatlarına əsasən bu fəsilədən olan növlər tropik ölkələrdə daha geniş yayılmışdır. Keçmiş SSRİ məkanında 40 növü məlumdur. Növlərin əksəriyyəti Orta Asiyada və Qafqazda tapılmışdır. Azərbaycanda isə ilk dəfə A.B.Boqaçov tərəfdən qeyd edilib.[3]
Abşeronda aparılan hesablamalara əsasən, yaşıllıqlara zərərverən uzunbığ və kərgədan böcəklərin sürfə mərhələsini 30–40% yoluxdurur. Parazitin praktiki əhəmiyyəti var.[3]
Avropanın cənub hissəsi, Voronej vilayəti, Qafqaz, Orta Asiya, da, Azərbaycanda isə Abşeronda geniş yayılmışdır.