Bu məqaləni vikiləşdirmək lazımdır. |
Skandinaviya mətbəxi — ənənəvi Skandinaviya mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Skandinaviyanın müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır. Qeyd etmək olar ki, Skandinaviya mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. Skandinaviya mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir[1].
Norveqiya, Daniya və ya İsveç mətbəxlərini tanımaq çox çətindir – onlar sadəcə mövcud deyil. Lakin bütün Skandinaviya xalqları birləşdirən ümumi Skandinaviya mətbəxi mövcuddur. Skandinaviya mətbəxi Avropanın bu reqionun təbii şəraitinin tə’siri altında formalaşıb. Yay və payız mövsumlarında yığılan məhsul uzun və soyuq qış aylarını görməli idi – bu səbəbdən insanlar məhsulu konservləşdirməyə öyrəndi[2]. Duza və ya turşuya qoyulmuş tərəvəzlər vitaminlərlə o qədər zəngin deyil. İsveçrənin mətbəxi daha müxtəlifdir. Onun sakinləri çoxlu miqdarda meyvə və tərəvəzlərdən yeyir. Skandinaviyadan tərəvəzlər Skandinaviya mətbəxində marinada və turşuya qoyulan tərəvəzlər vitaminlərin əsas mənbəyidir. Uzun qış zamanı konservləşdirilmiş tərəvəzlər təzə tərəvəzləri əvəz edir. Skandinaviyada qış üzün olduğuna görə tərəvəzlər süfrədə tez-tez olmur. Lakin bu o demək deyil ki, Skandinaviyalıların süfrəsində tərəvəzlər heç olmur. Tərəvəzləri marinada və ya turşuya qoymaq Skandinaviyalıların ənənəsidir. Sirkə, şəkər və mixək marinadına qoyulmuş dilimlənmiş cuğundur burada çox populyardır. Yerkökü, kələm, bibər, xiyar və badımcan kimi başqa tərəvəzlər də marinada qoyulur. İsveçrədə və Norveqiydada şirin marinada qoyulmuş xiyar çox sevilir. Bitkilərin az olduğu və maldarlıq üçün şəraitin olmadığı üçün, Skandinaviya mətbəxinin əsasını balıq təşkil edir. Ən çox sevilən balıq qızılbalıqdır. Norveqiya süfrəsinin zənginliyi Norveqiya mətbəxində qızılbalığın hazırlama reseptləri olduqca çoxdur. Qızılbalığı delikates hesab edən norveqiyalılar onu müxtəlif üsullarla hazırlayır: yağda qızardılmış (stekt laks), hisə verilmiş (røkt laks), suda bişirilmiş (kokt laks), qrildə bişirilmiş (grillet laks), marinada qoyulmuş (gravet laks), tartar kimi (laks tartar), şorbada (fisze suple) və yaxud əriştə ilə. Norveqiyalılar həmçinin başqa növ balıqlardan da hazırlanan delikatesləri sevirlər. Onların arasında ən məşhur olanı – fiskeboller – çəkilmiş balıq ətindən hazırlanmış ağ sousla verilən küftəciklərdir. Brislinger, balaca sardinalar, Stavanqerdə tutulur. Əsrlər boyu burada sardinalar emal olunub və sonra isə buradan Avropanın süfrələrinə gətirilib. Norveqiyalıların fantazyasının həddi yoxdur – onların mətbəxində hətta balıq pudinqin resepti var! Fiskepudding əsas yemək kimi və qarnir kimi süfrəyə verilir. Norveqiya qızılbalığının əsl dadını və ətirini bilmək üçün, Fisketorqetdə yerləşən balıq bazarına getmək lazımdır. Bir çox ekspertlərin rəyinə görə, bu bütün Skandinaviyada ən yaxşı balıq bazarıdır. Dənizdə tutulan və süni yolla yetişdirilən qızılbalıqdan başqa, burada demək olar ki, Norveqiyanın bütün çayları, gölləri və dənizlərində yaşayan hər cür balıq növləri satılır[3]. Burada siyənək balığı (sild), alabalıq (ørret), treska balığı (torsk), paltus (kveite), skumbriya (makrel) və hətta kit ətini (hvall) almaq mümkündür. Ən güclü balıq ətiri quru balıq satılan yerlərdən gəlir. Bəzilər bu ətiri dünyanın ən gözəl ətiri hesab edir, başqaları isə ondan uzaq durmağa çalışır. Quru balıq gündə qurudulmuş treska balığıdır. Gün şüalarında qurudulanda, o, xüsusi səciyyəvi ətir əldə edir. Quru balıq ətində bütün qida maddələri qorunub saxlanılır. Bundan əlavə, quru balığı suya qoyanda, o, yenidən öz əvvəlki formasını, ətirini və dadını bərpa edir. Yerin altındakı qızılbalıq Balla doldurulmuş saxsı qaba qoyulmuş qızılbalığı Danimarkanın delikatesi sayılır. Kip bağlanmış qab bir neçə ay ərzində aşağı temperaturda yerin altında saxlanılır. Müəyyən vaxtdan sonra qızılbalığı xüsusi dad və ətiri əldə edir. Bu xörək soğan halqaları ilə verilir. Qızılbalığı yerin altında saxlamaq ideyası Aland adalarında yaranmışdır[4][5]. İsveçrə mətbəxi digər Skandinaviya mətbəxlərinə bənzəyir. Balıq (xüsusilə siyənək), ət və kartof İsveçrə mətbəxində əhəmiyyətli bir yerə malikdir. Ədviyyatların çoxu ölkənin mətbəxinə görə daha seyrəkdir. Skandinaviya mətbəxi başda somon və siyənək olmaq üzrə bütün dəniz məhsulları yanında, ev heyvanları və donuz əti kimi ağır bir menyuya da malikdir. Ov ətləri də məşhurdur: Şimal maralı, balina, qaz və hətta ayı əti belə yeyirlər. Hisə verilmiş ətlər ilə duzlu balıq bu Viking ölkələrinin süfrələrində əhəmiyyətli rol oynayır. İstifadə edilən tərəvəzlər isə ümumiyyətlə meşə tərəvəzləri və göbələklərdən ibarət olur. Ənənəvi olaraq ət suyu və qaynadılmış kartof ilə xidmət edilən İsveçrə küftəsi ən məşhur yeməklərindəndir. Akvavit — məşhur bir distillə içkidir və mədəni bir əhəmiyyət daşıyır. Yerli çıtır çörək Knäckebröd — indiki vaxtda bir neçə alternativi də malikdir. Bunun yanında İsveçrə dilində Lingo olaraq adlandırılan "dağ qızılcığı" mürəbbəsi də nahar mədəniyyətində əhəmiyyətli bir yerə malikdir. Yerli yeməklərdən nümunələr təqdim edəcək olsam Surströmming (Şimali İsveçrəyə aid bir növ balıq yeməyi) və Cənubi İsveçrədə də ilanbalığı nümunə olaraq verilə bilər. İsveçrə mətbəxi xarici mətbəxlərin təsiri altında qalmışdır. İndiki vaxtda çox restoranlarda fərqli mədəniyyətlərə aid yemək seçimi var. İsveçrəlilər gündə 3 dəfə yeyirlər. Səhər naharı onlar üçün çox əhəmiyyətli deyil. Əhəmiyyətli yeməklər günorta və axşam yeməkləridir. İsveçrəlilər naharda çörək, kərə yağı, ciyər əzməsi, pendir və marinadlaşdırılmış hareng balığı yeyirlər. Nahar yeməyi evdə də, çöldə də yeyilsə, daim isti yeməkdir. Ət və ya balıq tərəvəzdən meydana gəlir. Tərəvəz ümumiyyətlə kartofdur. Axşam yeməyi ümumiyyətlə, çörək, pendir, şoraba hareng və salam növlərindən, küftə və ya hər hansı bir ət və kartofdan ibarət tək yeməkdir. İsveçrə Mətbəxinin əhəmiyyətli bir yeməyi olan "dolma" türk mətbəxinin bu mətbəxə təsiridir. Bu yeməyin sizlərə izah etmək istədiyim qısa da bir əhvalatı var. Demək olar ki, 250 il əvvəl ruslarla etdiyi bir döyüş nəticəsində Osmanlılara Sigma İsveçrə Kralı, əsgərləriylə tam beş il Osmanlı torpaqlarında yaşamışdır. Bu müddət içində türk yemək vərdişini əldə edən Kral və əsgərləri ölkələrinə qayıtdıqdan sonra da bu vərdişlərini davam etdirdikləri üçün dolma İsveçrə mətbəxinə girmişdir. Amma İsveçrədə üzüm bağları olmadığı üçün onlar dolmanı kələmdən və daha iri şəkildə etmişlər[6]. Norveç mətbəxində qızartma som balığı, karides və morina balığı əhəmiyyətli yer tutar. Norveçdə insanlar nahar edərkən adətən süfrələrinədə şirin keçi pendiri və rinqa balığı turşusu olur. Norveçdə spirtli içkilər qadağan olunduğu üçün onu bəzən tapmaq çətin olur[7][8]. Daniya mətbəxinin əsasını smorrebrot (hərfi mənası yağ çörəkdir) adlanan sendviç təşkil edir. Onlar yağ, ət və pendir dilimləri ilə süfrəyə verilir. Bir qayda olaraq, stol arxasında yeyilməlidir. Kopenhagendə müxtəlif balıq, ət, isti xörəklər, pendir və konfetlərdən ibarət koldt bord adlanan bufet səhər yeməyi də məşhurdur. Morgen-complet və ya adi səhər yeməyi qəhvə (çay), çörək, pendir, yumurta və peçenyedən ibarətdir. Daniyalılar müxtəlif xörəkləri bir- birinə qarışdırmır, onları xüsusi ardıcıllıqla yeyirlər. Coğrafi mövqeyini nəzərə alsaq, Danimarkanın mətbəxində mollyusk da mühüm rol oynayır. Burada bişirilən xörəklərdə əsasən balıq, ət və kartofdan istifadə olunur. Ənənəvi xörəkləri isə bunlardır: qravad leks (şirin xardal sousunda verilən cəfərili duzlu qızılbalıq), xvid labskovs (mal əti və kartofdan hazırlanan raqu ilə dəfnə yarpağı), vinebrot (bütün dünyada tanınan daniya bişməsi). Burada içilən qəhvənin də öz yeri var. Ənənəvi xörəklərdən başqa Avropa mətbəxinə aid təamların da dadına baxa bilərsiniz[9].