Skranton — Pensilvaniya ştatında Filadelfiya, Pittsburq, Allentaun, Eri və Ridinq şəhərlərindən sonra altıncı böyük şəhəri. Lakavanna əyalətinin şəhər mərkəzidir və federal məhkəmə binası burada yerləşir. 570000 əhalisi olan Vyomin valisinin ən böyük şəhəridir və 77291 nəfər əhalisi var.[4]
şəhər | |
Skranton | |
---|---|
ing. Scranton | |
41°24′32″ şm. e. 75°39′44″ q. u.HGYO | |
Ölkə | |
Tabesində | Pensilvaniya |
Region | Lakavanna |
Başçı | Bill Kortrayt |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 23 aprel, 1866 |
Sahəsi | 66.14[1] |
Mərkəzin hündürlüyü | 227 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 76,089 nəfər (2010) |
Sıxlığı | 1,179.10 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodları | 570 və 272 |
Poçt indeksi | 18503, 18501, 18502, 18504, 18505, 18507, 18508, 18509, 18510, 18512, 18515, 18517, 18518, 18519, 18540, 18577 |
Digər | |
scrantonpa.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
Skranton Lakavanna çayı vadisinin coğrafi və mədəni mərkəzidir. 1866-cı ilin aprel ayının 23-də yaranmışdır və yarandıqdan sonra əsas sənayesi şəhəri, dağ-mədən və dəmir yolları mərkəzi olmuş və minlərlə immiqrantı özünə cəlb etmişdir.
Skranton şəhəri 1866-cı ilin aprel ayının 23-də yaranmışdır.
1980-ci illərin ortalarından bəri şəhər canlanmağa başladı. Yerli hökumət və cəmiyyətin böyük hissəsi şəhərin binalarına və tarixinə maraq göstərdi.
Skranton şəhərinin ümumi sahəsi 66 km2 -dir. ABŞ siyahıya alma bürosunun məlumatlarına əsasən quru sahəsi 65 km2
və su sahəsi isə 0.2 km2
-dir.
Skranton nəmli kontinental iqlimə sahibdir və ərazisində dörd fəsil müşahidə olunur.[5] Yayda hava normal isti temperaturda (32 °C) olur. Qışda isə temperatur nisbətən aşağı (−18 °C) düşür. Yanvar ayında gündəlik orta temperatur 3.4 °C, iyul ayında isə ən yüksək aylıq temperatur 21.9 °C səviyyəsindədir. Belə ki, yanvar ən soyuq, iyul isə ən isti aydır. Yazın son ayları və yay nisbətən yağışlı, qış isə quru keçir. Orta hesabla hər ayda 10-13 gün yağışlı hava müşahidə olunur.
2010-cu ilin siyahıya almasına əsasən əhalisi 76.089 nəfərdir, 18.124 ailə şəhərdə məskunlaşıb. Əhalisi sıxlığı 1,161/km²-dir. Əhalisi 84,11% ağlardan, 5,45% afro-amerikanlardan , 0,23% yerli amerikalılardan, 2,98% asiyalılardan, 0,04% Pasifik əhalisindən, 4,69% -i digər irqlərdən, 2,49% isə iki və ya daha çox irqin qarışığından ibarətdir.
Yanğın bürosu 1901-ci ildə ödənişli xidmət sahəsi kimi yaradılmışdı. 130-a yaxın xilasetmə əməkdaşından ibarət bir qrupdur. Baş qərargahı şəhərin mərkəzindəki Mölberri küçəsindədir.
Skranton Polis Patrol Şöbəsi üç bölməyə ayrılır. Baş qərargahı Skrantonun mərkəzində Cənubi Vaşinqton prospektində yerləşir.