Skudetto

Skudetto

Skudetto (it. scudetto) — İtalyancadan tərcümədə "kiçik qalxan" mənasını verən "skudetto", İtaliyada əvvəlki mövsümdə öz idman növü üzrə çempion olmuş idman klublarının formalarında daşıdığı kiçik emblemdir.

"Skudetto" 1920-ci illərdə İtaliya Milli Futbol Assosiasiya tərəfndən, futbol liqasının qalibinin şərəfinə yaradılıb. Onu formasına əlavə edən ilk komanda, 1924-cü ildə Cenoa klubu olub. Daha sonra İtaliyada digər idman növləri üzrə komandalar tərəfindəndə qəbul edilir. Skudetto sözü A Seriyasının kubokunu göstərmək üçün də istifadə olunur. "Skudetto qazanmaq" "A Seriyasında qalib gəlmək" sözünün sinonimidir.

Mənbələrin ortaq qənaətinə görə, "skudetto"nun ixtiraçısı italyan şairi və dramaturqu Qabriele D'Annunziodur. Gəncliyində D'Annunzio futbol həvəskarı idi və doğma Peskara çimərliyində dostları ilə futbol oynayamaqdan ötru 1887-ci ildə Londonda Futbol Liqasını topla təmin edən eyni istehsalçıdan bir dəri top alır.[1] 1920-ci ildə keçmiş Avstriya-Macarıstanın Fiume şəhəri (indiki Xorvatiyanın Riyeka şəhəri) İtaliyaya birləşdirilir və D'Annunzio yerli futbol komandasını yaşıl, ağ və qırmızı rəngli üçrəngli qalxan taxaraq, şəhər üzərində İtaliyanın suverenliyinə dəstək olmağa dəvət edir.[2]

1924-cü ildə İtaliya Futbol Federasiyası, çempion olmuş komandalara öz formalarında "Skudetto" ilə bəzəməyə icazə verməklə onlara xüsusi şərəf verilməsi qərarını təsdiqləyir. O vaxtdan başkayaraq zamanla "Skudetto" İtaliyanın bütün idman liqalarının mövcud çempionlarının simvoluna çevrilir.

1928-ci ildə başlayan İtaliya Reqbi Çempionatı da titulun sahibi olan komandanı göstərən "Skudetto"dan istifadə etməyə başlayır.

  1. Paolo Pierangelodate=8 April 2013. "150 anni di D'Annunzio, l'ideatore dello scudetto sulle maglie da gioco" [D'Annunzio's 150th Birthday: He Was the Inventor of the scudetto on Sports Jerseys] (italyan). Milan. 24 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2016.
  2. Roberto Graziosi. "Chi ha inventato lo Scudetto?" [Who Invented the scudetto?]. Focus. 25 Aprel 2016. 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 Dekabr 2016.