Skunk Fu!

Skunk Fu! - döyüş sənətlərindən istifadə edərək vadilərini qoruyan antromorfik heyvanların macəralarından bəhs edən cizgi serial. Əsas süjet Skunkun sərgüzəştləri üzərində qurulmuşdur. Kunq-fu müəllimi Panda, Dovşan, Tülkü, Tısbağa və digərləri ya birbaşa, ya da dolayı yolla Skunka kömək edirlər.

Skunk Fu!
ing. Skunk Fu!
Ölkə
Dil ingilis dili
Mövsümlərin sayı 1
Seriyaların sayı 52
IMDb ID1069275

Şou "Ən yaxşı animasiya" kateqoriyası üzrə İFTA mükatını qazanıb.[1] İngilis səsyazmasına əlavə olaraq irland,[2] fransız, yapon və holland dillərində səsyazmalar hazırlanmışdır.

Özət[redaktə | mənbəni redaktə et]

Skunk və Pandanın başçılıq etdiyi digər vadi heyvanları Əjdahanın Babun və nindza meymunlar ilə dağlardakı yuvalarından vadiyə keçmək cəhdlərinin qarşısını alırlar. Əvvəllər Panda ilə Əjdaha çox yaxın dost idi. Amma Əjdaha təkəbbüründən dolayı cənnətdən qovulduğu üçün bunda vadi heyvanlarını təqsirkar bildi (öz hərəkətlərinin məsuliyyətini qəbul etməyərək). Beləliklə, vadi heyvanlarını məhv etməyə çalışır. Panda Skunku vadini xilas etmək üçün vacib hesab edir və tez-tez zəhmətli kunq-fu məşqlərindən yayınmağa çalışan Skunku öyrətməyə çalışır. Adətən Panda ilə Skunk özləri və ya dostlarının köməyi ilə günü xilas edir.

Personajlar[redaktə | mənbəni redaktə et]

  • Skunk (səsləndirən: Cules de Yonq) - serialın baş qəhrəmanı. Skunk vadi sakinlərinin ən gəncidir və kunq-fu ustadı olmaq istəyir. Amma o, əvvəlcə Pandadan kunq-fu hərəkətlərini öyrənməlidir. Skunk bəzən tənbəl və səbirsiz ola bilir. Amma Skunk ağlına qoyanda qabağına qoyduğu məqsədə çatmaq üçün çox çalışaraq istədiyinə nail ola bilir. Skunk dostlarına çox inanır, hətta ona həmişə hörmət etməyən Dovşana belə. Skunk diqqətini dərslərinə cəmləmək əvəzinə həmişə "asan çıxış yolu" tapmağa çalışır. Ancaq bu planlar adətən əks nəticə verir. Beləliklə, Skunk problemlərdən çıxış yolu tapmağa və əvvəlcə qaçmağa çalışdığı dərsi öyrənməyə məcbur olur.
  • Panda (səsləndirən: Paul Tilak) - vadinin 80 yaşındakı çox müdrik lideridir və zamanını Skunka müxtəlif sənətlərdə təlim verməklə keçirir. O, Əjdahanın cənnətdən qovulmasından və pis olmasından əvvəl Əjdahanın ən yaxın dostu idi. Əjdahanın şər qüvvələr tərəfinə keçməsinə baxmayaraq, Panda və Əjdaha hələ də bir-birlərinə hörmət edirlər.
  • Əjdaha
  • Nindza meymunlar (səsləndirən: Toni Akvors) - Əjdahanın adətən ağılsız və təsirsiz əskərləri. Ninja meymunları görünməz edə biləcək bir iksir var. Lakin onları ancaq "ağıl yoxdur" sənətini bilən biri görə bilər. Panda deyir ki, ninja meymunları izləmək gülməli olur və bu çox doğrudur. Nindza meymunlar yaxşə təlim keçmiş olsalar da. asanlıqla məğlub olurlar. Bacarıq əskikliklərini say çoxluğu ilə ört-basdır edirlər və onların böyük bir qrupu hətta Pandaya da qalib gələ bilər. Babun nindza meymunlara komandalar verir və lazım olanda onların dediklərini başa düşərək tərcüməçilik edir.
  • Pələng (səsləndirən: Rod Qudal) - Pandanın köhnə dostu. Pələng böyük döyüşçü olduğunu iddia edir və bir dəfə Əjdahayla döyüşüb. O, dəhşətli görünən bu döyüşdən sonra əsəbləşəndə vəhşicəsinə döyüşsə də, əksər vaxtlarda çox qorxaqdır. O, ağ Cənubi Çin pələnginə bənzəyir.
  • Qurbağa (səsləndirdi: Toni Akvors) - tullanma ustası. Qurbağa ətrafdakıları güldürməyi sevən axmaq biri kimi görünür. O, Skunka "gülmə sənətində" gülməyin öhdəsindən gəlmək üçün kömək edir. Belə ki, Qurbağa Skunku hər güldüyündə ənzəli oynamağa məcbur edir.
  • İlan (səsləndirdi: Paul Tilak) - ağrı verməkdən zövq alır, xüsusilə də nindza meymunlara. O, vadinin casusudur. İlan Avstraliya ləhcəsi ilə danışsa da, kobralar bu qitənin yerlisi deyil. Ancaq o, başqa ilan növündən ola da bilər.
  • Qatil arılar (səsləndirdi: Toni Akvors) - tam arı yuvası. Ç ox cəsarətli olurlar və dost-düşmən demədən hamıya hücum edirlər. Onlar hip-hop dialoq üslubunda danışırlar. Birlikdə hərəkət edərək nunçuk kimi fərqli formalara girə bilirlər.
  • Donuz (səsləndirdi: Toni Akvors) - adına baxmayaraq, Donuz əslində vəhşi qabandı. Donuz bütün vaxtını palçıqda keçirən və əsasən axmaq, güclü yaddaşı olmayan, bəsit düşüncəli bir personaj kimi təqdim olunur. Döyüşlərdə nadir hallarda kömək etsə də, Əjdahayla döyüşdə başqa üsullarla kömək edir. Məsələn, donuz ili boyunca bütün yer göbələklərini yeyir ki, Əjdaha onlardan eliksir düzəldərək həbsxanasından müvəqqəti çıxa bilməsin. Donuz sevimli bir personajdır və Dovşandan tez-tez təsirlənir. Amma özünün nindza meymun olduğuna inandırıldığı vaxt böyük bir döyüşçü olduğu göstərilmişdir. O, Skunk, Dəvədəlləyi və Dovşanı birlikdə asanlıqla məğlub edə bildi. Donuz həm də yetkin donuz kimi rəftar olunmaq istəyir.
  • Öküzquş (səsləndirən: Toni Akvors) - quş ikilinin beynidir. Quş çox vaxt özünü möhtəşəm hesab edir. Hər ikisi dincəlməkdən və "heç kim" olduqları həqiqətini qəbul etməkdən daha yaxşı olan heç nəyi sevmir. Öküz görünməz nindza meymunları "ağıl yoxdur" sənəti sayəsində görə bilir. Buna görə də bir zamanlar böyük bir qəhrəman olaraq qəbul olunurdu. Öküz nindza meymunları başa düşə və onlarla danışa bilir.
  • Tısbağa (səsləndirdi: Toni Akvors) - yaşlı, müdrik kunq-fu ustadı. Vadinin həkimidir və Skunku öyrətməyə kömək edir. Həkim Tısbağa həmişə Pandaya və Pələngə kömək etməkdən məmnundur. O, həmçinin istedadlı çərpələng uçurandır və hər Yeni ildə çərpələng nümayiş etdirir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Winners of the 5th annual Irish File & Television Awards". IFTA. 28 February 2008". 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2021.
  2. "The Smell of Success: 'Skunk Fu!' Conquers the World | Animation World Network". 2021-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-26.