Skvoş (ing. Squash) — topla və raketka ilə iki nəfərin (cütlərdə dörd) oynadığı idman növü. Skvoş Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına salına biləcək idman növüdür. Dünya Skvoş Federasiyasının (WSF) 100-dən çox üzvü vardır.
Skvoş | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mənşə ölkəsi | |
İcraçı qurum | Dünya Skvoş Federasiyası |
İlk oyun | 1830 ; İngiltərə, London, Harrou məktəbi. |
Xüsusiyyətləri | |
Tipi | fərdi |
Cinsiyyətə görə | kişi, qadın. |
Beynəlxalq arenada | |
Olimpiya oyunları | Gələcəkdə alınma ehtimalı var. |
Dünya Skvoş Federasiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Mənşəyi 1500-cü illərin Fransasına söykənən bu idman növü insanların əyləncə məqsədi ilə divara top vurması ilə başlamışdır. Oyun əsil məşhurluğunu 1830-cu ildə London şəhərində Harrov məktəbində bir qrup tələbənin öz meydançalarının boşalmalarını gözləyərkən divara top vurmaları ilə qazanmışdır. Oyunun ilk kurortları burada hazırlanmışdır.
Oynandığı kort bir tərəfi açıq, bir tərəfi qapalı olan kubu xatırladır. Bu kort tenis kortundan daha kiçik olub divarları xüsusi taxtadan hazırlanır.
Geyim və raketka cəhətdən tennisə bənzəyir, amma skvoş topu tennis topundan daha kiçikdir və kauçukdan hazırlanır. Skvoş topunun diametri 4 sm, ağırlığı isə 24 qramdır və içərisində 1 damcı maye olur.
Oyun başlamamışdan qabaq oyunçulara 5 dəqiqəlik qızışma müddəti verilir. Oyun 5 setdən ibarətdir və setlər arasında 90 saniyəlik fasilə olur.
Skvoşda hər set 11 xala qədərdir. 10:10 hesablı bərabərlikdə bu xal sayı 2 vahid artırılır. Hər səhv xaldır. Xal qazanan oyunçu topu daxil etmə haqqı qazanır. Setlərin sayı ya 3, ya da 5 ola bilər.