Slovak Sovet Respublikası, (slovak. Slovenská republika rád, mac. Szlovák Tanácsköztársaság, ukr. Словацька Радянська Республіка) Rusiya və Macarıstandan sonra elan edilən üçüncü kommunist dövlətdir. Dövlətin paytaxtı Prešov şəhəri olmuşdur[1]. Dövləti yaradan Çexoslovak jurnalist Antonín Janousek olmuşdur. Slovakiyanın müttəfiqləri Macarıstan Sovet Respublikası ilə Ukrayna Sovet Sosialist Respublikası olmuşdur. Yaradılmış bu dövlət çox uzun bir ömür yaşaya bilməmişdir. 16 iyun 1919-cu ildə yaradılmış və 7 iyul 1919-cu ildə süquta uğramışdır. Macarıstan Qırmızı Ordusu çexləri məğlub edə bilməmiş və bu ərazi Çex ordusunun əlinə keçmişdir. Çexlər birinci olaraq bu ərazini ələ keçirdikdən sonra, bu dövləti süquta uğratmışdırlar. Bununla da, Slovakiyada olan kommunist quruluş da, dağılmışdır. Dövlətin rəhbəri Macarıstan Sovet Respublikasına sığınmışdır. Ancaq bu dövlət də qısa bir müddət sonra devrilmiş və Çexoslovakiyaya verilmişdir. Buradan da SSRİ-yə qaçmışdır.
Slovakiya | |||||
---|---|---|---|---|---|
Slovenská republika rád | |||||
| |||||
Proletari caleho šveta, spojce še! Bütün ölkələrin proletarları birləşin! |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Preşov | ||||
İdarəetmə forması | Sosialist Respublikası | ||||
1919 | Antonín Janousek | ||||
Vikianbarda əlaqəli mediafayllar |