Slovakiya Sovet Respublikası

Slovak Sovet Respublikası, (slovak. Slovenská republika rád, mac. Szlovák Tanácsköztársaság, ukr. Словацька Радянська Республіка) RusiyaMacarıstandan sonra elan edilən üçüncü kommunist dövlətdir. Dövlətin paytaxtı Prešov şəhəri olmuşdur[1]. Dövləti yaradan Çexoslovak jurnalist Antonín Janousek olmuşdur. Slovakiyanın müttəfiqləri Macarıstan Sovet Respublikası ilə Ukrayna Sovet Sosialist Respublikası olmuşdur. Yaradılmış bu dövlət çox uzun bir ömür yaşaya bilməmişdir. 16 iyun 1919-cu ildə yaradılmış və 7 iyul 1919-cu ildə süquta uğramışdır. Macarıstan Qırmızı Ordusu çexləri məğlub edə bilməmiş və bu ərazi Çex ordusunun əlinə keçmişdir. Çexlər birinci olaraq bu ərazini ələ keçirdikdən sonra, bu dövləti süquta uğratmışdırlar. Bununla da, Slovakiyada olan kommunist quruluş da, dağılmışdır. Dövlətin rəhbəri Macarıstan Sovet Respublikasına sığınmışdır. Ancaq bu dövlət də qısa bir müddət sonra devrilmiş və Çexoslovakiyaya verilmişdir. Buradan da SSRİ-yə qaçmışdır.

Slovakiya
Slovenská republika rád
Bayraq Gerb
Bayraq Gerb
Proletari caleho šveta, spojce še!
Bütün ölkələrin proletarları birləşin!
Rəsmi dilləri
Paytaxt Preşov
İdarəetmə forması Sosialist Respublikası
1919 Antonín Janousek
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Slovak Sovet Respublikasının Preşov şəhərində elan edilməsi
  1. "World Statesmen.org - Slovakia". 2015-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-28.