Sloveniya gerbi

Sloveniya gerbi aşağısında və yanlarında ensiz qırmızı haşiyəsi olan qalxandır, onun göy sahəsində iki dəfə dalğalı oyulmuş gümüş fiqur[1], Triqlav dağının və Adriatik dənizinin simvolik təsviridir. Qalxanın başında üçbucaq şəklində düzülmüş üç qızılı altıguşəli ulduz var (Qraf fon Zillinin gerbindən qəbul edilmişdir).

Sloveniya gerbi
Detallar
Təsis edilib 1991
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gerb Sloveniyanın bayrağında görünür. Gerbin müəllifi — Marko Poqaçnikdir.

Yuqoslaviyanın tərkibində olan Sloveniya Sosialist Respublikasının gerbində də Triqlav təsviri və dalğavari xətlər var idi. Müasir müstəqil Sloveniyanın gerbindən fərqli olaraq, o, qırmızı lentlə bağlanmış buğda sünbülləri və cökə yarpaqları ilə haşiyələnmişdi. Üstündə kommunizmin simvolu olan qırmızı ulduz var idi[2].

Sloveniya Sosialist Respublikasının gerbi

Tarixi gerblər

[redaktə | mənbəni redaktə et]
Sloveniyanın dövlət gerbinin qurulması üçün həndəsi təsvir

Dizayner Marko Poqaçnik gerbi ölkəni qoruyan və onun daxili potensialını stimullaşdıran enerji sahəsi yaradan kosmoqram kimi təsvir etmişdir.[3]

Poqaçnikin fikrincə, Triqlav kişiliyi simvollaşdırır. Onun altında Triglav göllərinin vadisini və Sloveniya dənizini və ümumiyyətlə çayları və ya qadın prinsipini təmsil edən iki ağ əyri xətt var. Triqlavın üstündə üçbucağı təşkil edən və demokratiyanı simvolizə edən üç qızılı altıguşəli ulduz mövcuddur. Ulduzlar Tselski qraflarının gerbindən götürülmüşdür[4].

  1. Simboli Republike Slovenije [Symbols of the Republic of Slovenia] (PDF) (sloven). Government Communication Office of the Republic of Slovenia. June 2022. səh. 23. 2024-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-25.
  2. "Zakon o grbu, zastavi in himni Republike Slovenije ter o slovenski narodni zastavi" [The Law on the Coat of Arms, the Flag and the Anthem of the Republic of Slovenia and on the Slovene National Flag]. Uradni list [Official Gazette] (Slovenian). 21 October 1994. 7 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2024.
  3. Pogačnik, Marko. "Interview with Marko Pogačnik, the designer of the Slovene coat of arms, carried out before the national celebration in 2003 by the Radio Maribor journalist Barbara Leskovar" (Slovenian və English). Ljudmila.org. 2003. 2008-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
  4. "Državni simboli niso čarovnija, so pa silen potencial" [National Symbols are not Magic, but Are a Strong Potential]. Primorske.si (Slovenian). Primorske novice, d.o.o. 26 June 2011. ISSN 1580-4747. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 March 2024.