Sloveniyada təhsil

Sloveniyada təhsil - Sloveniyada ibtidai təhsildən ikinci təhsilə qədər müddəti əhatə edib (proqramları və təhsil sisteminin inkişafı daxil olmaqla) Sloveniya Respublikasının Milli Təhsil İdarəsi tərəfindən tənzimlənir. Uşaqlar 6 yaşınadək məktəbə gedir və 15 yaşında məzun olurlar.[1] Məktəb 24 İyun tarixində başa çatır və 1 sentyabr tarixinə qədər uşaqlar tətil edir. Təhsil ili, iki yarım ilə bölünür, hər birində uşaqların tətili var( payız, Milad, qış və May).

Birinci mərhələ

[redaktə | mənbəni redaktə et]

İlk beş il ərzində məktəblilər eyni sinifə gedir və sinifdə bir müəllim tədris edir. Bəzi müəllimlər bədən tərbiyəsi, təsviri incəsənətmusiqi kimi fənləri öyrədirlər. Baş müəllim əsas müəllimə təhsili tələbələrə təqdim etməkdə köməklik edir. Təhsilə oxuma, yazma və hesablama ilə başlayırlar. Uşaqlar ana dilini (Sloven, Macar və ya İtalyan dili – təhsil aldıqları məkandan asılı olaraq), riyaziyyat, təbii və sosial elmləri, musiqi, bədən tərbiyəsi və təsviri incəsənəti öyrənirlər. Dördüncü sinifdən xarici dil (əsasən İngilis dili) öyrənirlər.[2]

İkinci mərhələ

[redaktə | mənbəni redaktə et]

İbtidai təhsilin ikinci dövrü uşaqların yeni müəllimlərə təyin edildiyi zaman, altıncı sinifdən başlayır. Əsas müəllim bir və ya iki fənni öyrədir, digər müəllimlər isə müxtəlif fənnləri tədris edir. Uşaqlar riyaziyyat, ana dili və xarici dillər, bədən tərbiyəsi, musiqi, coğrafiya, tarix və təsviri incəsənət öyrənirlər. Daha sonra fizika, kimya, biologiyaəmək əlavə olunur. Yeddinci sinifdə uşaqlar dərs üçün ən azı 2 saat seçməlidirlər (istəyə görə 3 saat). Ümumi təklif 40 fəndir. Həmçinin bura xarici dil, astronomiya, incəsənət, informatika və s. daxildir. == Dövlət imtahanları == 3, 6 və 9-cu siniflərin sonunda uşaqlar riyaziyyat, ana dili və ilk xarici dilindən xüsusi dövlət imtahanından keçirlər. Digər fənlərdən imtahan isə, 8 və ya 9-cu siniflərdə Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. İmtahanın nəticələri yoxlanılır: ilk iki halda, onlar şagirdlərin ümumi səviyyəsini sadəcə qeyd edirlər, lakin 9-cu sinifdə təhsilin nəticələri qeyd olunur. Əldə olunan nəticələr təhsilini davam etdirən şagirdlər üçün həlledici rol oynayır.[3]

Qiymətləndirmə

[redaktə | mənbəni redaktə et]

Qiymətləndirmə, SSRİ-də olduğu kimi 5 ballıq sistemlə müəyyən olunur. Ən yüksək nəticə 5 olduğu halda, 1 qeyri-qənaətbəxş yəni mənfi nəticə deməkdir. "2" qiyməti imtahandan keçmək və ya vəzifəni uğurla yerinə yetirmək deməkdir.

Milli Təhsil İnstitutu

[redaktə | mənbəni redaktə et]

Sloveniya Respublikasının Milli Təhsil İnstitutu ölkənin təhsil sisteminin inkişafı ilə məşğul olan Sloveniyanın əsas ictimai təşkilatıdır ki, universitetə qədər təhsili təmin edir və uşaq bağçaları, ibtidai məktəblər, orta məktəblər, musiqi məktəbləri və internat məktəblərini əhatə edir.

Yüksək təhsil

[redaktə | mənbəni redaktə et]

Orta məktəb məzunları peşə texniki məktəbinə, sənət akademiyasına və ya universitetə qeydiyyatdan keçə bilər.[4] Ölkədə üç böyük dövlət universitet var: Lyublyana Universiteti, Maribor Universiteti və Primorska Universiteti.[5] Dünya Universitetlərinin Akademik Sıralamasına görə, Lyublyana Universiteti dünyanın 500 ən yaxşı universitetlərindən biridir.

  1. "STRUCTURE OF EDUCATION SYSTEM". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  2. "Education System in Slovenia". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  3. "About the Education System of Slovenia". 2020-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  4. "Higher education in Slovenia". 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  5. "System of higher education in Slovenia". 2017-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]